Xəbər lenti


İyulun 20-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Moskvada görüşəcək.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iki ölkə lideri mövcud regional problemlər barədə fikir mübadiləsi aparacaq.

Xüsusilə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində əldə etdikləri razılaşmaların həyata keçirilməsinin praktik tərəfləri müzakirə olunacaq.

Razılaşmalara əsasən, iqtisadi və nəqliyyat əlaqələrinin açılması və inkişafı ilə bağlı problemlər barədə söhbət aparılacaq.


Ana səhifəyə qayıt        Baxış: 4 142          Tarix: 19-07-2021, 19:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma