Xəbər lenti
Bu gün, 17:10
Bu gün, 15:27
Bu gün, 14:30
Bu gün, 13:54
Bu gün, 13:00
Bu gün, 11:39
Dünən, 19:32
Dünən, 18:18
Dünən, 14:30
Dünən, 09:54
Milliyet, Türkiyə 06.08.2021 Müəllif: Cavid Vəliyev (Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi) Bakı Bəyannaməsində üç ölkə arasında hərbi və müdafiə sənayesi sahəsində əməkdaşlıqdan da bəhs olunur. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında davamlı keçirilən hərbi təlimlərə üçüncü ölkələrin də qoşulmasına imkan verir. Odur ki, yaxın gələcəkdə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli hərbi təlimlərinin keçirilməsi planlaşdırılır. Müdafiə sənayesi texnologiyası sahəsində Azərbaycanın Pakistandan aldığı “Muşşak” hərbi təlim təyyarəsi, həmçinin Türkiyə və Azərbaycan Hərbi Hava qüvvələrinin birgə hərbi təlimləri azərbaycanlı pilotların hazırlığında önəmli rol oynayıb. Türkiyənin milli gəmiçilik layihəsi olan MİLGEM Pakistan üçün 4 ədəd gəmi istehsal edir. Gələcəkdə Azərbaycanla Türkiyənin birgə müdafiə sənayesinə Pakistanın da qatılması mümkündür. Bəzi mərkəzlər bu üçtərəfli əməkdaşlığı sadəcə, hərbi əməkdaşlıq kimi təqdim etsə də, bu, tamamilə səhv yanaşmadır. Üçtərəfli əməkdaşlıq Bu üçtərəfli əlaqələrin özəlliyi hər üç ölkənin müstəqil xarici siyasət yürütməsi, onların uzun illər boyu həyati əhəmiyyətə malik məsələlərdə digər müttəfiqlərin də dəstəyini hiss etmələrindədir. Bununla yanaşı, enerji və nəqliyyat sahələri də bu üçtərəfli əməkdaşlığın əsas istiqamətlərindəndir. “Şərq-Qərb” nəqliyyat dəhlizində bu üç ölkəni bir-birinə bağlayacaq layihələr var. Beləliklə, bu sahələrin Bakı Bəyannaməsinə daxil edilməsi tərəflərin nəqliyyat, enerji və ticarət sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətinin göstəricisidir. Təbii fəlakətlərlə mübarizə Bakı Bəyannaməsi Bakı, Ankara və İslamabadın çoxqütblü dünyanın yaranmasına, regional əməkdaşlığın daha önəmli hal almasına, dövlətlərarası münasibətlərin kökündən dəyişməsinə reaksiyasıdır. Bu mənada, üçtərəfli əlaqələr Avrasiyada mövcud geosiyasi vəziyyəti dəyişə bilər. Başqa sözlə, Avrasiyada görülməsi arzulanan mənzərə Bakı Bəyannaməsində əksini tapıb: sabitlik, təhlükəsizlik, rifah. Çoxqütblü dünyada ayaqda qalmaq, müstəqil olmaq, özü-özünü təmin edə bilmək əsas şərtdir. Bunun üçün müttəfiqlərinlə birlikdə yeni təhdidlərə də hazır olmalısan. Türkiyənin yanğınlarla mübarizə apardığı bir vaxtda bu cür müttəfiqlərlə gələcək sabotajlara, təbii fəlakətlərə sinə gərilməsi üçün də tərəfdaşlıq qurula bilər. Bu gün Türkiyənin üz-üzə qaldığı sabotaj, ekoloji terror sabah hər kəsin başına gələ bilər. Hər halda, beynəlxalq təşkilatlar qlobal istiləşmənin, iqlim dəyişikliyinin gələcəkdə hansı təbii fəlakətlərə yol aça biləcəyinə dair davamlı xəbərdarlıqlar edir. Görünən odur ki, bu xəbərdarlıqlara ciddi yanaşılmalı, belə hallarla mübarizədə əməkdaşlıq imkanları indidən genişləndirilməlidir. Odur ki, üç müttəfiq ölkə arasında gələcəkdə təbii fəlakətlərlə mübarizə məqsədli birgə təlimlər təşkil oluna, bu istiqamətdə də əməkdaşlıq qurula bilər. Gələcəkdə keçiriləcək üçtərəfli görüşlərdə bu sahədə də əməkdaşlıq imkanları müzakirə olunmalıdır. (Türk dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər