Xəbər lenti
Dünən, 23:30
Dünən, 21:55
Dünən, 21:12
Dünən, 15:47
Dünən, 09:19
3-12-2025, 23:05
3-12-2025, 22:47
3-12-2025, 21:59
3-12-2025, 19:45
3-12-2025, 18:38
3-12-2025, 16:18

Moskvada işgüzar səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 5-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.
Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, görüşdə xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın, eləcə də Azərbaycan-Pakistan əlaqələrinin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri Ermənistan-Azərbaycan münaqişəsi barədə danışıb, bu problemin həllində Pakistanının Azərbaycanın ədalətli mövqeyini beynəlxalq təşkilatlarda da dəstəkləməsinə görə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində, terrorizmə qarşı mübarizədə əməkdaşlığın, Hərbi Hava və Hərbi Dəniz qüvvələri arasında əlaqələrin genişləndirilməsi, eləcə də birgə hərbi təlimlərin keçirilməsi məsələləri müzakirə olunub.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video
Ən çox oxunanlar




























