Xəbər lenti


Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin iştirakı ilə regional kommunikasiyaların bərpası üzrə üçtərəfli komissiyanın öz işini bərpa etməyə hazır olması ilə bağlı son bəyanatı Bakıda da nəzərdən qaçmadı. Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” telekanalına müsahibəsində son günlərə qədər Ermənistanın Zəngəzur dəhlizinin açılmasına etiraz etdiyini, lakin bir neçə gün əvvəl orada da müsbət fikirlərin ortaya çıxdığını və artıq ermənilərin də məsələyə etiraz etmədiyini qeyd etdi.

Bölgədə cərəyan edən proselərlə bağlı Oxu.Az-ın suallarını Rusiya Elmlər Akademiyasının professoru, beynəlxalq əlaqələr üzrə ekspert Aleksandr Qusev cavablandırıb.

O, bildirib ki, proseslərin həllinə ATƏT mütəxəssislərinin cəlb edilməsi ya vaxtuzatma cəhdi, ya da Nikol Paşinyanın bu Avropa qurumu ilə əlaqədar xam xəyalara qapılmasına işarədir.

“Burada məsələyə düzgün qiymət vermək üçün sadəcə Paşinyanı tanımaq lazımdır. O, Avropa meyilli siyasətçidir və Avropa institutlarının bölgədəki vəziyyətlə bağlı yardım etməli olduğuna inanır. Biz isə Avropa elitasının fərqli mövqedə olduğunu yaxşı bilirik. Onlar üçün ABŞ-ın mövqeyi önəmlidir. Bundan əlavə, Avropa Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasında maraqlı olmaya bilər.

Ancaq sağlam düşüncəli avropalılar üçün gərginliyin azalması vacibdir və əlbəttə ki, bunun Rusiya üçün də əhəmiyyəti var. Moskvanın mövqeyi budur ki, sərhədboyu gərginlik ocaqlarının yaranmasından qaçmalıyıq. Cənubi Qafqazda münasibətlərin normallaşması Rusiya Federasiyasının prinsipial mövqeyidir”, - deyə professor bildirib.

Ekspert vurğulayıb ki, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli müqavilələr çərçivəsində kağız üzərində əks olunan bütün şərtlər və imzalanan bütün müddəalar yerinə yetirilməlidir.


Ana səhifəyə qayıt        Baxış: 3 069          Tarix: 17-08-2021, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma