Xəbər lenti

"Lavrovun Rusiya-Azərbaycan münasibətlərini korlamağa xidmət edən bu açıqlaması əslində Prezident Putinin strateji siyasətinə qarşı çıxmaq deməkdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Rusiya XİN-in şefi Sergey Lavrovun Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Ermənistanı müttəfiq kimi qabartdığı halda, Azərbaycana münasibətdə sadəcə "qonşumuz” ifadəsini işlətməsinə münasibət bildirərkən deyib.

Həmsöhbətimiz qeyd etdi ki, bu açıqlama Bakıya yönəlik təzyiq vasitəsidir: 

"Rusiya Xarici İşlər naziri Sergey Lavrov əslində Azərbaycanla ölkəsinin münasibətlərinin korlanmasının tərəfdarı kimi çıxış edir. Bu prosesi əslində məhz Lavrovun özü idarə edir. Onun açıqlaması konkret olaraq Moskva-Bakı münasibətlərinin korlanmasına xidmət edir və Azərbaycana qarşı təzyiq vasitəsidir. Onun Ermənistanı strateji müttəfiq adlandırması fonunda, Azərbaycanı qonşu ölkə kimi xarakterizə etməsini Bakıya qarşı təzyiq mexanizmi qismində İrəvandan istifadə etmək niyyəti kimi yozmaq olar”.



Politoloq bildirib ki, Lavrov bununla strateji tərəfdaşlığın ruhuna zidd gedir:

"Düşünürəm ki, Lavrovun açıqlamasını həm də Azərbaycan dövlət başçısı İlham Əliyevin Rusiyanı ölkəmizin qonşusu adlandırmasına cavab kimi də qiymətləndirmək olar. Azərbaycan və Rusiya qonşu olmaqla bərabər, həm də strateji tərəfdaşdırlar. Lakin Rusiya konkret olaraq strateji tərəfdaşa qarşı heç də tərəfdaş olmayan hərəkətlərə yol verir. Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən məqamla bağlı cavab verməlidir”. 


Ana səhifəyə qayıt        Baxış: 3 382          Tarix: 3-09-2021, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma