Xəbər lenti

ABŞ-ın Ermənistandakı səfiri Dağlıq Qarabağın statusu barədə danışıb.

"30 illik müharibə və gərginlik bir gecədə həll oluna bilməz. Ancaq başa düşürük ki, burada həll edilməli olan bəzi təməl məsələlər var. Onlardan biri də, artıq dediyim kimi, budur ki, biz Dağlıq Qarabağın statusunu həll olunmuş hesab etmirik. Və bunu Minsk qrupunun gündəliyində saxlamağa davam edəcəyik", - Lynne Tracy şənbə günü Yerevendakı jurnalistlərə deyib.

ABŞ diplomatının sözlərinə görə, ABŞ tərəfləri masa arxasına qaytarmaq üçün səylərini əsirgəmir.

Azərbaycan dəfələrlə Dağlıq Qarabağ kimi ərazi vahidinin və onun status məsələsinin mövcud olmadığını bildirir.  /BBC


Ana səhifəyə qayıt        Baxış: 3 301          Tarix: 11-09-2021, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma