Xəbər lenti
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
Ötən gün ATƏT-in ötən il noyabrın 10-dan, yəni 44 günlük Qarabağ müharibəsinin Ermənistanın təslim olması ilə başa çatmasından və nəticədə münaqişənin hərbi yolla həllindən sonra işsiz qalmış Minsk Qrupu sərhəddə son günlər yaranmış vəziyyətlə bağlı bəyanatla çıxış etmişdi. Minsk Qrupunun həmsədrləri bildirdilər ki, tərəflər gərək əldə edilmiş razılaşmalara, o cümlədən atəşkəsə dair razılaşmaya əməl etsinlər. Və yenidən Minsk Qrupunun vasitəçiliyi altında danışıqlar masasına qayıtsınlar.
“Münaqişənin yekun həlli” üçün...
Müharibədən və münaqişənin hərbi yolla həllindən sonra Minsk Qrupunun Qərbdən olan həmsədrləri ABŞ və Fransanın regionda hansısa formada özlərinə yer eləmək üçün yenidən bu formatı reanimasiya etmək cəhdləri yeni deyil. Lakin bəyanata 10 noyabr üçtərəfli razılaşmasının qarantı olan Rusiyanın Minsk Qrupundakı təmsilçisi də imza atıb. Çünki Rusiya hələ Minsk Qrupunun həmsədri kimi qalır. Yəni bir tərəfdən Rusiya münaqişənin başa çatdığını həm prezident Vladimir Putin, həm digər rəsmilər səviyyəsində dəfələrlə bildirir. Bir tərəfdən isə tərəfləri “münaqişənin yekun nizamlanması” üçün yenidən Minsk Qrupunun vasitəçiliyi altında danışıqlara çağırır.
Üstəlik məlum oldu ki, Rusiya Minsk Qrupundakı həmsədrini dəyişib, İqor Popovun yerinə Rusiyanın Marşall Adları və Polineziyadakı keçmiş səfiri İqor Xovayev təyin olunub.
Bəs Ermənistanda Minsk Qrupu həmsədrlərinin son bəyanatı və onların tərəfləri “Dağlıq Qarabağın statusu” kimi məsələlərə dair yenidən danışıqlara çağırması barədə nə düşünürlər?
Politoloq Stepan Danielyan özünün Facebook səhifəsində yazır: “Minsk Qrupu, daha dəqiqi həmsədr ölkələrin nümayəndələri deyəndə ki, münaqişə hələ nizamlanmayıb və Dağlıq Qarabağın statusu hələ dəqiqləşdirilməyib, Ermənistanda çoxları buna ciddi ümid bəsləyir. Hesab edir ki, söhbət Dağlıq Qarabağın tanınmasından gedir. Yaxud ola bilsin bəziləri statusun dəqiqləşdirilməsi adı altında bunun tam tərsini başa düşür: dəqiqləşdirilsin ki, Azərbaycanın tərkibində qalsın, yəni məsələ birdəfəlik bağlansın. Mənanı izah edirəm: Dağlıq Qarabağın statusunun dəqiqləşdirilməsi Rusiyanın Cənubi Qafqazda iştirakı ilə qarşılıqlı şəkildə bağlıdır. Əgər bu və ya digər şəkildə Dağlıq Qarabağın statusu dəqiqləşdirilərsə o zaman Rusiya da Cənubi Qafqazdan gedər, onun burada daha görməyə nəsə işi qalmayacaq. Və ola bilsin, gələcəkdə Orta Asiyada da təsirini itirəcək, habelə daha sonra cənubunda problemlərlə üzləşəcək. Dağlıq Qarabağın statusunun geosiyasi əhəmiyyəti bax belədir. Dağlıq Qarabağın statusunu dəqiqləşdirmək Qafqazda Rusiya məsələsini həll etmək deməkdir. Bu mənada, təkrar edirəm, kimin hansı status haqda danışması böyük sualdır. Mən məsləhət görərdim ki, səfirlər statusun dəqiqləşdirilməsi haqda danışanda onlardan soruşsunlar: bununla nəyi nəzərdə tuturlar və onların bunda maraqları nədir?
P.S. Diplomatik dildə təkcə danışılanlar mühüm deyil, daha mühüm olanı barəsində danışılmayanlardır”
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da öz çıxışlarında bir neçə dəfə “Dağlıq Qarabağın (Azərbaycanın tərkibində bu adda inzibati ərazi vahidi yoxdur,-red.) statusunun gələcəkdə, “tərəflər arasında qarşılıqlı etimad və normal münasibətlər yaranandan sonra” müzakirə edilə biləcəyini deyib...
F.Məmmədov
virtualaz.org

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar