Xəbər lenti

Moskva Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) Krımda Dövlət Dumasına keçirilən seçkiləri tanımaması haqda bəyanatını diqqətdən kənar qoymayacaq.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Solovyov live” Youtube kanalında çıxışı zamanı bildirib.

“Türkiyə çox yaxşı bilir ki, Krım Rusiyanın suveren tərkib hissəsidir və Türkiyə çox yaxşı bilir ki, biz bu cür bəyanatları heç vaxt diqqətdən kənar qoymuruq”, - deyə M. Zaxarova vurğulayıb .

Qeyd edək ki, Türkiyə XİN-in sözçüsü Tanju Bilgiç bəyanatında Krımda keçirilən seçkilərin Türkiyə üçün hüquqi qüvvəsinin olmadığını bildirib.


Ana səhifəyə qayıt        Baxış: 3 510          Tarix: 21-09-2021, 13:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma