Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
"Azərbaycanın, İranın və Türkiyənin analitik mərkəzlərinin fəaliyyəti ölkələr arasında əməkdaşlığı daha da möhkəmləndirməyə imkan verəcək".
“Report” xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Məhəmməd Kazım Səccadpur Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə-İran arasında üçtərəfli münasibətlər” mövzusunda keçirilən konfransda bildirib.
“Bizim həqiqətən də Azərbaycanla yaxşı ikitərəfli münasibətlərimiz var . Biz həmçinin İranın, Azərbaycanın və Türkiyənin analitik mərkəzlərinin üçtərəfli əməkdaşlığı üzərində də işləməyə hazırıq. Bu baxımdan bugünkü görüş çox böyük əhəmiyyətə malikdir. Biz, regionda əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edə bilərik”, - M.K.Səccadpur deyib.
O, Azərbaycan, İran və Türkiyə arasında əlaqələrin gələcək möhkəmləndirilməsi baxımından üç ölkənin beyin mərkəzləri arasında əməkdaşlığın vacibliyini vurğulayıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar