Xəbər lenti
Dünən, 19:25

“Rusiyanın Ermənistanı silahlandırılması məsələsindən xəbər tutanda dərhal Rusiya tərəfinə sorğu göndərdik və maraqlandıq ki, bu nə məsələdir.

Lakin bizə məlumat gəldi ki, erməni mətbuatında dərc olunan bu açıqlama həqiqəti əks etdirmir. Rusiya müdafiə naziri belə sözlər deməyib. Bu, erməni təbliğatının növbəti çirkin əməlidir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibəsində deyib.

“Belə bir söz deyilməyib və bizə rəsmi qaydada bildirildi ki, belə planlar yoxdur. Ermənistan ordusunun pulsuz silahlandırılması ilə bağlı Rusiya tərəfindən yetəri qədər dəqiq cavab aldıq və bu məsələni gündəlikdən çıxardıq. Bu onu göstərir ki, Ermənistan öz çirkin əməllərindən əl çəkmir. Ortalığa atılan yalan böyük bir səhvdir.

 Əgər Rusiya müdafiə nazirinin söyləmədiyi sözləri yayırsınızsa, bu ən azı məsuliyyətsizlik və təxribatdır.

İkincisi, bunu işğal dövründə və işğaldan sonra da görmüşük ki, Ermənistanda və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün çalışır ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə bir çat yaransın. 

Hər gün, müntəzəm olaraq. Onların gündəlik işi Azərbaycanı ləkələmək, Rusiya mətbuatında Azərbaycan haqqında mənfi imic yaratmaq və Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə kölgə salmaqdır.

Hesab edirər ki, bu halda revanşist qüvvələr nə vaxtsa yenidən baş qaldırıb bizə qarşı müharibəyə başlaya bilərlər.

Amma yanılırlar. Birincisi, Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksək səviyyəlidir və biz bütün məsələləri prezidentlər səviyyəsində, müdafiə nazirləri səviyyəsində, xarici işlər nazirləri səviyyəsində açıq şəkildə müzakirə edirik. Hər hansı bir tərəfi narahat edən məsələ olarsa dərhal təmasa keçib həll edirik. Bu gün deyə bilərəm ki, Rusiya-Azərbaycan münasibətlərində hansısa məsələni təcili həll etməklə bağlı mövzu yoxdur. 

Çünki bu əlaqələr kifayət qədər müsbətdir. Ermənistanın bu təbliğat cəhdləri onlara uğur gətirməyəcək. Ermənistanın yenidən silahlanması ilə bağlı narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur”- dövlət başçısı vurğulayıb.


Ana səhifəyə qayıt        Baxış: 3 585          Tarix: 27-09-2021, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma