Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
26-11-2024, 17:30
26-11-2024, 16:59
Rusiya Ermənistanı və Azərbaycanı humanitar sahədə "mövcud qıcıqlandırıcı" amilləri ən qısa zamanda aradan qaldırmağa çağırır.
Ovqat.com xəbər verir ki, Rusiyanın XİN-nin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında belə deyib.
O, həmçinin vurğulayıb ki, Moskva İrəvanı və Bakını “hər kəs hər kəsə” formulu əsasında əsirlərin mübadiləsində və mina xəritələrinin təhvil verilməsində maraqlıdır.
“Rusiya tərəfi, eyni zamanda Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlara ən qısa zamanda başlamağın zəruriliyini israr edir. Moskva lazımi məsləhət yardımı göstərməyə hazırdır”, - Zaxarova belə deyib.
Bu yaxınlarda Moskvada baş nazir müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupunun iclasından danışan Zaxarova tərəflərin Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin açılmasına dair yanaşmaların praktiki müzakirələrinə qayıtmağı bacardıqlarını qeyd edib.
Zaxarova Azərbaycan Prezidenti İlham Əliyevin “CNN-Türk” televiziyasına verdiyi müsahibəsində səsləndirdiyi “Ermənistanı silahlandırmayın” iradına da münasibət bildirib. Onun sözlərinə görə, bu, Rusiyanın suveren hüquqlarına aid məsələdir və Moskva bölgədə qüvvələr nisbətində balans yaratmağa çalışır.
Qeyd edək ki, ermənilərin əsir qarşılığında bizə verdiyi mina xəritəsinin saxta və cəmi 25% dəqiq olduğu Azərbaycan Prezidenti tərəfindən dilə gətirilmişdir. Bu vəziyyətdə Moskvanın tələblərinin əsasən bizim güzəştə getməyimizə hesablandığı şübhə doğurmur.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar