Xəbər lenti

Tanınmış israilli diplomat, İsrailin Rusiya və Ukraynadakı keçmiş səfiri, İsrail Baş Qərargahının keçmiş kəşfiyyat zabiti, istefada olan polkovnik-leytenant Zvi Magen Oxu.Az-a müsahibəsində qeyd edib ki, İranın təlimləri güc nümayiş etdirmək üçün bir cəhddir.

“Bəli, İran bütün qonşularını təhdid edir. Hazırki təlimlər nəinki İsrailə, Türkiyəyə, bütün bölgəyə qarşı nəsə göstərmək üçün hazırlanıb. Amma bu daha çox siyasi oyundur. Çünki müharibəyə belə hazırlaşmırlar. Bəlkə də Tehran düşünür ki, bu manevrlərlə İslam dünyasının dəstəyini səfərbər edəcək”, - deyə Zvi Magen qeyd edib.

O, İranın Azərbaycanla İsrailin əməkdaşlığından narazılığı məsələsinə də toxunub:

“Bəli, belədir, bunu nəzərə alırıq. Və biz İranın davranışlarını izləyirik. Lazım gələrsə, İsrail müəyyən tədbirlər görəcək. Sizə bundan artığını deyə bilmərəm”.



Ana səhifəyə qayıt        Baxış: 3 266          Tarix: 2-10-2021, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma