Xəbər lenti
Dünən, 23:39
Dünən, 19:39
Dünən, 16:17
Dünən, 15:46
Dünən, 09:30
19-01-2025, 23:30
19-01-2025, 22:21
19-01-2025, 20:40
19-01-2025, 19:31
19-01-2025, 17:10
19-01-2025, 16:24
19-01-2025, 15:27
19-01-2025, 14:30
İRANIN İSTERİK SƏRHƏD OYUNLARI NƏYƏ HESABLANIB? - "Tehran Zəngəzur dəhlizinin önünü kəsməyə çalışır"
İrandan Azərbaycanla son günlər yaşanan gərginliyi yumşaltmağa yönəlmiş bəyanat səslənib. “Yeni Müsavat” xəbər verir ki, daxili işlər naziri, general Əhməd Vahidi “Azərbaycanla İran arasında yanlış anlaşılmaların diplomatik yollarla həll ediləcəyini” bildirib. Onun bəyanatından Türkiyənin “Star” qəzeti sitat gətirib.
General deyib ki, “bəzi ölkələr” Azərbaycanla İran arasında münasibətlərin korlanması üçün “qəsd planı qurub”. Onun sözlərinə görə, yanlış anlaşılmalar və fərqli məsələlər varsa bunlar diplomatik yolla aradan qaldırılacaq, Xarici İşlər Nazirliyi bu məsələ ilə məşğuldur.
Əslində İran “qamçı-kökə” siyasəti yürüdür. Çünki “konservativ” qüvvələrin namizədi İbrahim Rəisi prezident seçiləndən dərhal sonra cənub qonşumuz İran sərhədlərimiz yaxınlığında hərbi təlimlərə ara vermir. Oktyabrın 1-dən isə quru qoşunlarının təlimi başlayıb. Bu haqda İranın Quru Qoşunları Komandanı, general Heydəri bildirib.
Paralel olaraq İran mediasında, xüsusilə də hökumətə yaxın KİV-lərdə anti-Azərbaycan isterikası davam edir. Ölkəmizə, onun rəhbərliyinə, xalqımıza qarşı olmazın böhtanlar, iftiralar, hətta təhqirlər yağdırılır. Erməni mediası da məlum səbəblərdən bu hədyanları xüsusi şövqlə tirajlayır. Eyni zamanda İran DİN rəhbəri yumşalmalar və anlaşılmazlıqlar haqa danışır. Kəsəsi, rəsmi Tehran Azərbaycana qarşı düşmənçiliyini davam etdirir.
Bəs İranın bu demarşları nə qədər sürəcək, İran niyə odla oynayır, güneydəki soydaşlarımızın etiraza qalxması mümkündürmü? Məscidlərimizi yerlə yeksan etmiş Ermənistanla “ət-dırnaq” kimi olan İranı ağıla gətirmək üçün yuxarıda sadalanan istiqamətlərdə addımlar atılacaqmı?
İlham İsmayıl: “İran bizə qarşı real hərəkətlərə başlasa, Türkiyədən, İsraildən, Pakistandan öncə Amerikanı qarşısında görəcək”
Sabiq MTN polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a bildirdi ki, İranın ikibaşlı siyasəti - bir əldə qılınc, bir əldə diplomatiya siyasəti yeni deyil. Onun sözlərinə görə, hələ Gorus-Qafan yolunda Azərbaycan tərəfi gömrük postu quranda İranın Bakıdakı səfiri Prezidentin köməkçisi Hikmət Hacıyevlə iki dəfə görüşmüşdü, amma Amuli kimilərin dili ilə də bizə qarşı çıxışlar oldu: “Yəni İran hər zaman ikili siyasət aparır. İndi də belədir, gah daxili işlər nazirinin dili ilə münasibətlərin yumşalmasından danışılır, gah da quru qoşunlar təlim keçirir. Amma təəccüblü budur ki, Prezident də çıxışında vurğuladı, niyə Tehran indi bu təlimləri keçirir?!”
İ.İsmayılın fikrincə, bütün bunlar göstərir ki, İran Azərbaycana dost münasibətdə deyil: “Onların əleyhimizə olan təhdidləri nəinki diplomatların, hərbçiləri dili ilə edilir. Baxmayaraq ki, Ermənistanla ABŞ daha yaxındır, Qarabağ məsələsində Vaşinqton İrəvana daha çox dəstək verir, amma İran bizə qarşı real hərəkətlərə başlasa, Türkiyədən, İsraildən, Pakistandan öncə Amerikanı qarşısında görəcək. İran hər hansı hərbi müdaxiləsinin qlobal güclərin təzyiqi ilə qarşılacağını yaxşı bilir. Həmçinin baxmayaraq ki, Rusiya ilə İranın məsələlərdə fikirləri üst-üstə düşür, amma Moskva Tehrana heç vaxt imkan verməz. Ona görə maksimum çalışmalıyıq ki, vəziyyət kəskinləşməsin.
Sadəcə, bizə məlum olmalıdır ki, İranın din pərdəsi altında bizim içimizdə qüvvələri var. Güc strukturları araşdırmaları dayandırmamalıdır, sosial şəbəkələrdə də bunu sezmək mümkündür. Amma İran tərəfi geri çəkilmədiyimizi gördü. Güneydə də İran rəsmilərinin mövqeyindən narazılıq var. Amulinin fikri heç də güneylilərin mövqeyi deyil".
Siyasi şərhçi Məhəmməd Əsədullazadə hesab edir ki, İran ölkəmiz daxilində müəyyən şəbəkəni hərəkətə gətirib. Onun sözlərinə görə, sosial şəbəkədə dini məzhəb adı altında Azərbaycan dövlətçiliyinə qarşı çağırışlara rast gəlirik.
Ekspert bildirib ki, Azərbaycan güc orqanları İran şəbəkəsinə qarşı ən sərt cəza mexanizminə keçməli, İrandakı səfirimiz məsləhətləşmələr aparmaq üçün geri çağrılmalıdır.
Siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, Gorus-Qafan yolu ilə bağlı gərginlik masada sakitləşib, İran Xankəndinə yük daşınmalarını özəl şirkətlərin üzərinə yıxaraq, “bir daha olmayacaq” sözünü verib: “Türkiyə-Azərbaycan-İran XİN rəhbərlərinin Tehranda üçtərəfli görüşü ilə bağlı razılıq əldə olunub, Bakı və Tehran arasında proseslər düz xəttə çıxırdı ki, İran quru qoşunları Azərbaycanla sərhəddə Naxçıvan istiqamətindən Cəbrayıla qədər - yeni təlimlərə start verdi. Son proseslər fonunda iki mümkün səbəb var: birincisi, Prezident İlham Əliyevin ”Anadolu" agentliyinə müsahibəsində İrana haqlı irad bildirməsi, prosesləri həzm edə bilməyən Tehran “tarana” gedir. Adekvat olmayan aqressiya, İran mediasının Əliyevin məlum iradlarından sonra total hücuma keçməsi Gorus-Qafan yolu ilə bağlı nəticənin Tehranı qane etmədiyini göstərir. İran anladı ki, Zəngəzur dəhlizinin reallaşması uzansa belə, Azərbaycanın əlində cari dövr üçün güclü rıçaqlar var.
İkincisi, Ərdoğan və Putinin Soçidə anlaşması, bu, İranın Yaxın Şərqdə məzhəbçilik üzərindən qurduğu strategiyaya, Cənubi Qafqazda sıxışdırılmasına, son kartı olan Ermənistanın da əlindən çıxmasına gətirib çıxaracaq. Hərbi təlimlərə Soçi görüşündən sonra yenidən start verilməsi də bundan qaynaqlanır".
Ekspertin dediyinə görə, Azərbaycan daxilində “dindar qruplar” hərəkətə gətirilib: “Bunlar Bakıya ”xəbərdarlıq" idi, əslində İranın Ankara və Moskvaya təsir rıçaqları zəif olduğu üçün əlindəki ən “unikal” imkanı xərcləyir - Azərbaycana hücum. Hədəf Bakıya təzyiq, Bakı üzərindən Ankaraya mesaj, Moskvaya “bölgədə mənim də maraqlarım var” siqnalının verilməsi, Zəngəzur dəhlizinin önünü kəsmək olaraq görünür. Təlimlər Bakıya təzyiq və regional oyunçulara güc nümayişi olsa da, Tehran bununla istədiyinə nail ola bilməyəcəyini anlayır. Azərbaycan prinsipial mövqeyindən geri çəkilmir, Türkiyə bölgədə aktiv şəkildə hərəkət edir, Rusiya bölgəni faktiki Türkiyə ilə paylaşıb, Ermənistan İranı sona qədər “dost tutmayacaq”. (musavat.com)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər