Xəbər lenti

 
"Son günlərdə İran İslam Respublikasının mətbuatında dərc edilmiş müsahibəsində İİR Nizam İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının Komandanı general-mayor Əli Qüdərzi tərəfindən həqiqətə uyğun olmayan açıqlamalar verilib”.
 
Ovqat.com xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəsmi açıqlamasında belə deyilir.
 
Bildirilir ki, Azərbaycan ərazisində xaricdən gəlmiş təqfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan əra­zi­sindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir.
 
“Azərbaycanın dövlət sərhədlərində, sərhəd mühafizə qu­rumlarında hər hansı xarici dövlətin qüvvələri, mütəxəssisləri mövcud deyildir, Azər­baycanın dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan Dövlət Sərhəd Xid­mətinin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur”, - rəsmi açıqlamada bildirilir.


Ana səhifəyə qayıt        Baxış: 4 593          Tarix: 11-10-2021, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma