Azərbaycan Respublikasının Astara şəhərində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin və İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı general-mayor Qasım Rzayinin rəhbərliyi altında nümayəndə heyətlərinin işçi görüşü keçirilib.
Dövlət Sərhəd Xidmətindən Axar.az-a verilən məlumata görə, tərəflər sərhəd mühafizə qurumları rəhbərlərinin bilavasitə dövlət sərhədində ənənəyə çevrilən işçi görüşlərinin əhəmiyyətini müsbət qiymətləndiriblər.
Nümayəndə heyətləri regionda cərəyan edən hadisələr fonunda dövlət sərhədində mövcud əməliyyat şəraitinə dair əhatəli fikir mübadiləsi aparıb, sərhəd təhlükəsizliyinin təminatı məsələləri, dövlət sərhədindən buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə üzrə fəaliyyətlərin, əvvəlki görüşlərdə əldə olunmuş razılaşmaların icrasını nəzərdən keçirilib, sərhəd mühafizə strukturlarının qarşısında duran vəzifələrin effektiv icrası baxımından qarşılıqlı əlaqələndirmənin və əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Tərəflər Azərbaycan Respublikasının və İran İslam Respublikasının iştirak etdiyi beynəlxalq əhəmiyyətli nəqliyyat layihələri çərçivəsində sərhəd infrastrukturunun təkmilləşdirilməsi, sərhəd nəzarəti prosedurlarının sürətləndirilməsi məqsədilə həyata keçirilən tədbirləri xüsusi vurğulanıb, bununla yanaşı "Astara” dəmiryolu buraxılış məntəqəsinin, yeni avtomobil yolu və piyada keçidinin tikintisi ilə bağlı aidiyyəti tədbirlərin əlaqələndirilməsi, dövlət sərhədində qanunsuz fəaliyyətlərlə mübarizənin həyata keçirilməsi və məlumat mübadiləsinin təmin edilməsi, Xəzər dənizində qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediiblər.
Görüşdə sərhəd mühafizəsi sahəsində qarşılıqlı maraq kəsb edən məsələlər üzrə müzakirələrin aparılması, əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə işçi görüşlərin davam etdirilməsi barədə razılıq əldə edillib.
Paylaş: