Xəbər lenti


XX  əsrin   80-ci  illərinin  sonları, 90-cı  illərinin   əvvəllərində  Ermənistan  Azərbaycanın   tarixi  torpaqlarına  açıq formada   ərazi  iddiaları  ilə   çıxış  etmiş  və  ölkəmizə  qarşı hərbi   təcavüzə  başlamışdır. Nəticədə ayrı-ayrı ölkələrin dəstəyi ilə torpaqlarımızın   20%-i  işğal  edilmiş,   Ermənistanın  həyata keçirdiyi  etnik  təmizləmə   siyasəti  nəticəsində  1   milyondan  artıq  azərbaycanlı   öz  doğma  yurd-yuvasından  didərgin düşmüşdür.

Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin  həyata  keçirilməsi   üzrə  30  ilə yaxın davam edən  danışıqlar   prosesi  Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.

Keçən ilin 27 sentyabr tarixində Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində nəhayət ki, Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulmuş, erməni vandalizminə və şovinizminə sarsıdıcı zərbə endirilmişdir. Bununla da Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması ilə əlaqədar tarixi missiya yerinə yetirilmişdir.

Xalq-dövlət və xalq-ordu birliyinin təntənəsi olaraq tarixə düşən 8 Noyabr Zəfəri şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə terrorları zamanı həlak olan günahsız insanların qanlarının yerdə qalmadığını təsdiqləyən 44 günlük qəhrəmanlıq salnaməsinin parlaq ifadəsi, xalqımızın vətən sevgisinin, mübarizə əzminin, yumruq kimi bir olmasının nümayişi günüdür. 

8 Noyabr Zəfər günü, Qarabağın sadəcə torpaq deyil, həm də xalqımızın ləyaqəti, şərəfi olduğunu yaxşı bilən, Vətən savaşında misilsiz qəhrəmanlıqlar, yüksək vətənpərvərlik ruhu, torpağa, dövlətə sonsuz sevgi nümayiş etdirən əsgər və zabitlərimizin, qazi və şəhidlərimizin Azərbaycan tarixinin ən şərəfli səhifəsini yazdığı gündür. Bu gün erməni faşizmi üzərində qələbənin Şuşa zəfəri ilə taclandığı gündür.

Azərbaycan Milli İstiqlal Partiyası Vətən müharibəsində həlak olmuş bütün şəhidlərin xatirəsini ehtiramla yad edərək, qazilərimizə Allahdan şəfa diləyir və bütün xalqımızı bu şərəfli gün münasibətilə təbrik edir!





Ana səhifəyə qayıt        Baxış: 4 998          Tarix: 7-11-2021, 16:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma