Xəbər lenti

Azərbaycan ərazilərini azad edəndən sonra nəqliyyat, ticarət sahələrində həqiqi regional əməkdaşlığın və sabitliyin inkişafı üçün real imkan yaranıb.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan “Diplomat” jurnalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 30 ildən sonra yaranan fürsətlər yaxşı imkandır: “Hesab edirəm ki, region ölkələri bu imkanlardan faydalanmaq istəyəcək”.

F.C.Yazqan qeyd edib ki, bölgədə sabitlik, əmin-amanlıq və firavanlıq təmin edilməlidir:

“Bu regiondakı bütün uşaqlar daha yaxşı gələcəyə layiqdirlər. Onların gələcəkləri fərqli olacaq, lakin bunun üçün özül yaratmaq bizim işimizdir”.



Ana səhifəyə qayıt        Baxış: 2 236          Tarix: 9-11-2021, 18:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma