Xəbər lenti
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
26-11-2024, 23:14
26-11-2024, 22:58
26-11-2024, 21:42
26-11-2024, 19:19
26-11-2024, 18:37
26-11-2024, 18:17
“Əraziyə Azərbaycan xüsusi təyinatlıları gəlib”
Azərbaycan-Ermənistan sərhədində yerləşən və ordumuz tərəfindən bu ilin may ayında nəzarətə götürülən Qaragöl ərazisində hərbi qarşıdurma baş verməsilə bağlı məlumatlar yayılıb.
“AzPolitika.info” xəbər verir ki, “Caliber” teleqram kanalı sözügedən əraziyə soxulmaq istəyən 50-dək erməni hərbçisinin Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən mühasirəyə alındığını yazıb: “Qaragöl ətrafında keçirilən “gecə əməliyyatı” Ermənistan silahlı qüvvələrinin növbəti epik iflası oldu. Erməni teleqram kanalları növbəti dəfə arzuladıqlarını reallıq kimi təqdim edərək, guya ki, “Qaragöl ətrafındakı bəzi mövqelərin Ermənistan silahlı qüvvələrinin nəzarətinə götürülməsi” barədə xəbər yayırlar. Onları məyus etməli olacağıq. Ermənistan ordusunun 50-dək hərbçisi məhz bu istiqamətdə mühasirəyə düşüblər. Bundan başqa, erməni hərbçiləri bütün gecəni 10 dərəcəlik şaxtada qidasız və istiliksiz oturaraq, çıxılmaz vəziyyətə düşüblər. Tezliklə maraqlı təfərrüatlar olacaq.”
Daha sonra sözügedən kanal hadisənin təfərrüatları barədə məlumat yayıb: “Erməni nazirin səfəri 50-dək erməni hərbçisinin mühasirəyə düşməsilə əlamətdar olub. Öz fərsiz sələflərindən necəsə fərqlənmək qərarına gələn müdafiə naziri Arşak Karapetyan Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinə tapşırıq verib ki, Qaragöl ətrafında dislokasiyanı dəyişərək, Azərbaycan-Ermənistan sərhədində daha əlverişli mövqelər tutsunlar. O, şəxsən atıcı silahlar və hərbi sursatlarla təmin olunmuş 50-dək hərbçinin iki ”Kamaz”da sərhədə göndərilməsi barədə əmr imzalayıb.
Nazirin əmrinə əsasən onlar Azərbaycan Ordusuna aid postları birləşdirən yolları nəzarətə götürməli idilər. Metal tor konstruksiyalarla yolu bağlayan erməni hərbçiləri Azərbaycan Ordusunun mövqeləri arasındakı yolu kəsməyə cəhd ediblər. Lakin hərbçilərimizin qəti müqaviməti ilə rastlaşdıqları üçün geri çəkiliblər. Yarım saat keçməmiş əraziyə Azərbaycan xüsusi təyinatlılarının dəstəsi gəlib. Bundan sonra erməni hərbçiləri mühasirəyə alınıb. Erməni hərbçiləri ərazidəki fəaliyyətlərini dayandırmalı olublar. Bundan başqa, arxa cəbhə ilə əlaqəni itirən erməni hərbçiləri 10 dərəcəlik şaxtada isti yeməksiz, susuz və isitmə üçün lazım olan vasitələrsiz(odunsuz) qalaraq, çıxılmaz vəziyyətə düşüblər. Bizim hərbçilər isə onlardan fərqli olaraq, çadır, ərzaq və istiliyə malik olublar. Nəticədə hər şey “zinvorlar”ın bizim əsgərlərdən yemək və su istəməsilə nəticələnib(həyasızlığın dərəcəsi doğrudan da heyrətə gətirir). Situasiyanı Rusiya sərhədçiləri yoluna qoyublar. Yalnız onların Azərbaycan komandanlığına müraciəti erməni tərəfinin öz ayağı ilə oradan rədd olmasıyla nəticələnib.”
Yəqin ki, yuxarıda qeyd edilən insidentlə bağlı rəsmi məlumat veriləcək. Ümumilikdə isə son günlər Kəlbəcər istiqamətində Azərbaycana aid texnikanın atəşə tutulması, Ermənistanın müdafiə nazirinin Qarabağa səfər etməsi və müxtəlif istiqamətlərdə gərginlik yaratmaq cəhdləri erməni tərəfinin yeni təxribatlara əl atmaq istəyindən xəbər verir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar