Xəbər lenti
Bu gün, 18:52
Bu gün, 15:34
Bu gün, 14:37
Bu gün, 12:46
Bu gün, 11:56
Bu gün, 10:34
Bu gün, 09:07
Bu gün, 00:00
Dünən, 20:22
Dünən, 19:46
Dünən, 18:43
Dünən, 17:45
Dünən, 16:19
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 11:49
Dünən, 10:33
Ankara Vəkillər Kollegiyasının üzvü, “Hüquqi tərəfləri ilə Türkiyə və Azərbaycanın ortaq erməni problemi: Yuxarı Qarabağ və 10 noyabr bəyannaməsi” kitabının müəllifi, vəkil Fərhad Aznevinin Axar.az-a müsahibəsi:
- Fərhad bəy, Zəngəzurun tarixi və hüquqi statusu haqqında nə deyə bilərsiniz?
- Bir çox dövlətlər tarixən Azərbaycanla Türkiyənin həmsərhəd və qonşu olmasını istəməyiblər. Stalin 16 noyabr 1920-ci ildə Vladiqafqazdan Leninə vurduğu teleqramda bunu açıq şəkildə ifadə edib. Stalin qeyd edib ki, Cənubi Qafqaz coğrafiyasına daxil olan müəyyən ərazilərin Türkiyənin əlində qalmağa davam etməsi bu ölkənin Azərbaycanla qonşu olmasına gətirib çıxaracaq. Stalin sözügedən əraziləri Ermənistanın ərazisi hesab edib. O, bu təhlükənin qarşısının alınması üçün Ermənistanın sovetləşdirilməsini vacib sayıb. Çünki Stalinə görə, Ermənistan Azərbaycan və Türkiyə arasında sədd rolunu oynamalı idi. 10 avqust 1920-ci ildə Kommunist Partiyasının Qafqaz Bürosu Azərbaycanın o zamankı rəhbərliyinin və xalqının razılığı olmadan Şərur-Dərələyəz bölgəsinin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. Qarabağ və Zəngəzur isə Azərbaycan və Ermənistan arasında “mübahisəli ərazilər” elan edildi. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanov bundan sonra Leninə etiraz məktubu göndərdi. Məktubda Azərbaycan xalqının bu qərarı xəyanət olaraq qəbul edəcəyi açıq-aşkar deyilmişdi: “Zəngəzur və Qarabağın neytrallaşdırılması və ya daşnaklara təslim edilməsi... (Azərbaycanın müsəlman əhalisi tərəfindən) vətənə xəyanət olaraq qəbul ediləcəkdir... Müsəlman kütlə Sovet hökumətinin Azərbaycanın ərazi bütövlüyünün qorunmasındakı uğursuzluğunu ermənipərəst bir siyasət və ya Sovet hökumətinin zəifliyi kimi dəyərləndirəcək...”
Təəssüf ki, bu etirazların bir nəticəsi olmadı. Çünki ermənilər Moskvada güclü mövqelərə sahib idi. Nəticədə 1921-ci ilin iyun ayında Zəngəzurun Ermənistana ilhaq edilməsi haqqında son qərar verilir. Beləcə Naxçıvan və Azərbaycanın əsas hissəsi arasında Stalinin istədiyi kimi “erməni səddi” qurulmuş oldu.
- Moskva və Qars müqavilələrinin Naxçıvanın statusunun qorunmasında rolunu necə qiymətləndirmək olar?
- Türkiyə adını çəkdiyiniz müqavilələrlə Naxçıvanda qarant dövlət halına gəlib. Bu müqavilələrlə Türkiyənin digər bir strateji hədəfi Şərur və Dərələyəz keçidinin Naxçıvanın sərhədləri daxilində qalmasına nail olmaqla Zəngəzur dəhlizi vasitəsilə də Azərbaycanla geniş quru sərhədlərini reallaşdırmaq olub. Eyni zamanda bu məsələ Qarabağın da Azərbaycanın tərkibində qalması üçün xüsusi əhəmiyyət daşıyıb. Lakin həmin dövrdə Türkiyənin özü də müstəqillik uğrunda mübarizə aparırdı. Bunu fürsət bilən Rusiya Qars müqaviləsindən sonra Zəngəzurun Ermənistana verilməsi haqqında qərar etdi. Beləliklə öncə Naxçıvanın, sonra Türkiyənin Azərbaycanın əsas hissəsi ilə əlaqəsi kəsildi.
- Bildiyiniz kimi, Ermənistanda bəzi ekspertlər Qars müqaviləsinin qüvvədən düşdüyü haqqında iddialar səsləndirməyə çalışır...
- Bu gün postsovet məkanında mövcud olan ölkələr arasındakı sərhədlər SSRİ dövründə müəyyən olunan sərhədlərdir. Ancaq bu gün Ermənistan Qars müqaviləsindən çıxmağa çalışır. Əgər belədirsə, Batumi müqavilələrini və şərtləri yerinə yetirməyən Ermənistanın İrəvanı Azərbaycana geri qaytarması məsələsi də gündəmə gətirilə bilər. Onda Zəngəzurun statusu 1920-ci ildən əvvəl mövcud olan siyasi xəritələr əsasında müəyyən edilməlidir. Bundan başqa 4 iyun 1918-ci il tarixində Osmanlı dövləti ilə Ermənistan arasındakı Batumidə imzalanan “Sülh və Dostluq” müqaviləsini, 13 iyul 1918 və 3 dekabr 1920-ci ildə imzalanan Gümrü anlaşmalarını yenidən gündəmə gətirməliyik. Mənasız və ağılsız sərsəmləmələrlə məşğul olan Ermənistan gözünü açıb ətrafına və tarixinə yaxşı nəzər yetirməlidir. Əgər sadaladığımız müqavilələri biz gündəmə gətirməyə və haqq tələb etməyə başlasaq, ortalıqda Ermənistan deyə bir dövlət qalmayacaq.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər