Xəbər lenti


ANAJ, İran
21.05.2021


Qafqaz məsələləri üzrə ekspert Fərhad Mehdiyev: “Ermənistanın təxribatçı addımları Azərbaycanı Yerevana hücuma sövq etsə belə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məsələyə qarışa bilməz. Çünki bu, işğal deyil, özünümüdafiə xarakterli hücum olacaq”.

Beynəlxalq hüquq üzrə professor, Qafqaz məsələləri üzrə ekspert Fərhad Mehdiyev Azərbaycanla Ermənistan arasındakı son sərhəd gərginliyinə münasibət bildirib. “Ermənistanın Zəngəzurun statusu ilə bağlı KTMT-yə müraciət etməsinin heç bir hüquqi əsası yoxdur.

Çünki Azərbaycanın Ermənistan ərazisini işğal cəhdi baş vermir. O, iki ölkənin Sovet İttifaqı dövründə müəyyən olunmuş sərhədini bərpa edir”, - deyə ekspert bildirib: “Azərbaycan ən son texnologiyalarla Ermənistanla rəsmi sərhədlərini bərpa edir. Bu, beynəlxalq hüquqa tam uyğundur. Ermənistan beynəlxalq təşkilatlarda Azərbaycanın bu addıını işğal aktı kimi təqdim etmək üçün əlindən gələni edir, məsələ ətrafında boş hay-küy yaradır. Lakin bu işdə Bakı haqlıdır”.

Mehdiyev əmindir ki, Ermənistanın bu məsələ ilə bağlı KTMT-yə müraciəti heç bir nəticə verməyəcək. Birincisi, ona görə ki, quruma üzv dövlətlərin əksəriyyətinin Azərbaycanla yüksək səviyyəli münasibətləri var. Onlar öz milli maraqlarına əsaslanaraq, Bakının yanında yer alacaqlar. İkincisi, bu ölkələrdə yaxşı bilirlər ki, Ermənistandan fərqli olaraq, Azərbaycanın qonşuların ərazisinə təcavüz etmək niyyəti yoxdur. “Hər kəs bilir ki, Bakı BMT tərəfindən müəyyən edilmiş sərhədlərini bərpa etməyə çalışır. Nəticə etibarı ilə, Ermənistanın KTMT-dən öz xeyrinə qərar gözləməsinə dəyməz”, - deyə o, bildirib.

“BMT-nin tanıdığı özünümüdafiə hüququna görə, hər hansı ölkə ərazi işğal etmək məqsədi ilə başqa ölkəyə təcavüz edərsə, hücuma məruz qalmış ölkə kapitulyasiya aktının imzalanmasına qədər düşmənlə müharibəni davam etdirə bilər. Başqa sözlə, Ermənistanın təxribatçı addımları Azərbaycanı Yerevana hücuma sövq etsə belə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məsələyə qarışa bilməz. Çünki bu, işğal deyil, özünümüdafiə xarakterli hücum olacaq”.

(Fars dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: ANAJ


Ana səhifəyə qayıt        Baxış: 3 908          Tarix: 21-05-2021, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma