Xəbər lenti

“Azərbaycan və Rusiya ekspertləri səviyyəsində əməkdaşlığın yeni formatı yaranır”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Rusiyanın Beynəlxalq Məsələlər Şurasının birgə təşkilatçılığı ilə keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının “Azərbaycan-Rusiya strateji tərəfdaşlığı Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf və regional əməkdaşlıq perspektivlərinin vacib amili kimi” mövzusunda ilk iclasda Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bildirib.

Səfir qeyd edib ki, dünən Rusiya Xarici İşlər Nazirliyinin kollegiya iclası olub, Rusiya Prezidenti Vladimir Putin iclasda çıxış edib: “Vladimir Putin çıxışında Rusiya sülhməramlılarının regionda sülhün təmin olunmasında xüsusi rolunu qeyd etdi, kommunikasiyaların açılmasının əhəmiyyətindən danışdı. Rusiya münaqişənin uzunmüddətli həllinin tərəfdardır. Rusiya Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasının aparılması təklifi ilə çıxış edib”.

Diplomat Azərbaycan və Türkiyənin regionda “3+3” formatının yaradılması barədə təklifini yüksək qiymətləndirdiklərini vurğulayıb: “Ona görə də bütün bu istiqamətlərdə ekspertlərin müzakirə aparması vacibdir. Bu gün bu istiqamətdə yeni yaradılan formatı da yüksək qiymətləndiririk”.



Ana səhifəyə qayıt        Baxış: 3 191          Tarix: 19-11-2021, 11:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma