Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Soçidə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
"AzPolitika.info"nun "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Kreml məlumat yayıb.
Məlumata görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü noyabrın 26-da baş tutacaq.
Bildirilib ki, V. Putin, İ. Əliyev və N. Paşinyan Soçi görüşü zamanı Qarabağda dinc həyatın qaydaya salınması, bölgədə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi ilə bağlı gələcək addımları müəyyənləşdirəcəklər.
Qeyd olunur ki, üçtərəfli danışıqlardan əlavə Rusiya Prezidenti Vladmir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ayrı-ayrılıqda görüş keçirəcək.
Qeyd edək ki, daha əvvəl Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel dekabrın 15-də keçiriləcək “Şərq Tərəfdaşlığı” Sammiti çərçivəsində Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanın Brüsseldə görüşünə ev sahibliyi etməyi təklif edib. Aİ-nin yaydığı məlumatda qeyd olunub ki, liderlər Brüsseldə görüşməyə razılaşıblar.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar