Xəbər lenti
Dünən, 18:52
Dünən, 15:34
Dünən, 14:37
Dünən, 12:46
Dünən, 11:56
Dünən, 10:34
Dünən, 09:07
Dünən, 00:00
21-01-2025, 22:43
21-01-2025, 20:22
21-01-2025, 19:46
21-01-2025, 18:43
21-01-2025, 17:45
21-01-2025, 16:19
21-01-2025, 15:55
21-01-2025, 14:37
21-01-2025, 14:00
Eureporter, Aİ 01.12.2021 Müəllif: Aleksey İvanov Bu günlərdə Moskvanın təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında növbəti görüş keçirilib. Görüşdə tərəflər arasında 2020-ci il noyabrın 10-da və bu il yanvarın 11-də imzalanmış bəyanatların həyata keçirilməsi, həmçinin regionda sabitliyin gücləndirilməsi üçün atılmalı olan növbəti addımlar müzakirə edilib. Soçi sammiti Bakı, Yerevan və Moskva arasında 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın ildönümünə təsadüf edirdi. Dağlıq Qarabağ münaqişə zonasında bütün hərbi əməliyyatlar məhz həmin bəyanatla dayandırılıb. Məlum olduğu kimi, ötən ilin payızında Dağlıq Qarabağ regionu üzündən Ermənistanla Azərbaycan arasında vəziyyət gərginləşmiş və bu, genişmiqyaslı müharibəyə çevrilmişdi. Müharibədə hər iki tərəfdən çox sayda insan həlak olub, tərəflər xeyli texnika itirib, mülki binalara belə, ziyan dəyib. Nəhayət, tərəflər Moskvanın vasitəçiliyi ilə 2020-ci ilin noyabrında atəşkəs müqaviləsi imzalayıb. Həmin sənədə əsasən, Ermənistan hələ 1990-cı illərin əvvəllərindən nəzarətində olan əraziləri Azərbaycana qaytarıb. Bununla yanaşı, ermənilər Laçın dəhlizi vasitəsi ilə Dağlıq Qarabağla əlaqə saxlaya bilir. Üçtərəfli sənədə əsasən, Rusiya regiona sülhməramlılar yerləşdirib. Bundan əlavə, Bakı ilə Yerevan Dağlıq Qarabağ münaqişə zonasında əsir düşmüş hərbçiləri “hamının hamıya” prinsipi ilə dəyişdirilməsinə dair razılığa gəliblər. Əsirlərin dəyişdirilməsinə ötən ilin dekabrında start verilib. Amma üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq, Ermənistanla Azərbaycan arasında ondan sonra da dəfələrlə toqquşmalar baş verib. Məsələn, bu il noyabrın 16-da iki dövlətin sərhədində döyüş olub. Bu döyüşdə zirehli texnika və artilleriyadan belə, istifadə edilib. Bu, tərəflər arasında ötən ildən bəri baş vermiş ən böyük toqquşmadır. Nəticədə hər iki tərəfdən hərbçilər həyatını itirib, erməni hərbçilər əsir düşüb. “Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq. Üstəlik, biz Ermənistan tərəfinə açıq təklif etmişik ki, qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşular kimi yaşamağı, yenidən qonşular kimi yaşamağı təşviq etmək üçün sülh müqaviləsi üzərində işə başlayaq”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Qeyd etdiyimiz kimi, Soçidə liderlər 2020-ci il noyabrın 10-da və bu il yanvarın 11-də imzalanmış bəyanatların həyata keçirilməsini müzakirə ediblər. Bundan başqa, üç ölkənin rəhbəri regionda sülhün bərqərar olması və sabitliyin möhkəmləndirilməsi məqsədilə addımların atılmasına dair razılığa gəliblər. Kremlin bəyanatında deyilir ki, görüşdə iqtisadi-ticari və nəqliyyat əlaqələrinin bərpası və inkişafına da xüsusi diqqət ayrılıb. Vladimir Putin həmin gün İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda da görüşlər keçirib. Çünki qeyd etdiyimiz ki, Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibəyə son qoymuş üçtərəfli bəyanatın imzalanmasından sonra belə, dəfələrlə toqquşmalar baş verib. Bu gün Qarabağda atəşkəsə təxminən 2 min rusiyalı sülhməramlı nəzarət edir. Rusiyanın bu bölgədə 27 müşahidə məntəqəsi var. Onların əksəriyyəti Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində yerləşir. Rusiyalı sülhməramlılar keçmiş döyüş bölgəsində minatəmizləmə işləri ilə məşğul olur. Ermənistanın baş naziri Nikol Paşinyan Soçi sammitində bildirib ki, “Dağlıq Qarabağda və regionda vəziyyətin sabitləşməsində rusiyalı sülhməramlılar, Rusiya Federasiyası mühüm rol oynayır”. Lakin Yerevan hesab edir ki, Ermənistan hərbi birləşmələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında təmas xəttində vəziyyət istənilən qədər sabit deyil. Paşinyanın sözlərinə görə, ötən il noyabrın 9-dan sonra hər iki tərəfdən onlarca insan həlak olub və hadisələr Dağlıq Qarabağda da baş verir: “Bu il mayın 12-dən bəri Ermənistan-Azərbaycan sərhədində faktiki olaraq böhranlı vəziyyətdir”. Qeyd etdiyimiz kimi, bu ilin noyabrında iki dövlətin sərhədində növbəti mübahisəli vəziyyət qanlı toqquşma ilə nəticələnib. Bu zaman tərəflər artilleriyadan belə, istifadə edib. Hərbi əməliyyatlar bu dəfə də Moskvanın müdaxiləsi nəticəsində dayandırılıb. Bu gün Bakı eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə yerüstü əlaqələrinin bərpasına çalışır. Bu yol isə Ermənistan ərazisindən keçməlidir. Lakin Yerevanın əsas məqsədi hələ də bütün erməni əsirlərin geri qaytarılmasıdır. Liderlər Soçi görüşünün nəticələri ilə bağlı ümumi bəyanat imzalayıblar. Bu sənədlə onlar Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il noyabrın 10-da və bu il yanvarın 11-də imzalanmış bəyanatların bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiqləyiblər. Bakı ilə Yerevan regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini vurğulayır. Sənəddə deyilir ki, “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə şərtləşdik”. Ermənistanla Azərbaycan regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə təsis edilmiş Üçtərəfli İşçi Qrupunun da fəaliyyətini yüksək qiymətləndirir. Onlar regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə konkret layihələrin tezliklə həyata keçirilməsinin zəruriliyini vurğulayırlar. Rusiyanın dövlət başçısı isə bildirib ki, Moskva Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına bundan sonra da bütün lazımi yardımı göstərəcək. Həqiqətən də, tərəflər 2021-ci ilin sonunadək bu iki Cənubi Qafqaz ölkəsi arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmlərini yaratmaq barədə razılığa gəliblər. Maraqlıdır ki, Soçi görüşündən əvvəl Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında telefon danışığı olmuşdu. Onlar həmin telefon danışığı zamanı dekabrın 15-də Avropa İttifaqının Brüsseldə keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitində görüşmək haqda razılığa gəliblər. “Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqının Şərq Tərəfdaşlığının Brüsseldə keçiriləcək sammitində görüş keçirməsini təklif edib. Liderlər Brüsseldə görüşərək regional vəziyyəti və gərginliklərin aradan qaldırmağın yollarını müzakirə etməyə razılaşıblar”, - deyə Avropa İttifaqının bəyanatında qeyd edilir. (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər