Xəbər lenti
12-01-2026, 12:59
11-01-2026, 18:16
25-12-2025, 10:24
16-12-2025, 13:49
16-12-2025, 10:45
12-12-2025, 23:46
12-12-2025, 22:16
12-12-2025, 20:40
12-12-2025, 19:30
12-12-2025, 19:00
12-12-2025, 17:16
12-12-2025, 16:17
12-12-2025, 15:30
12-12-2025, 15:26
12-12-2025, 13:51
12-12-2025, 11:15
12-12-2025, 10:10
12-12-2025, 09:51
11-12-2025, 23:15
11-12-2025, 22:43
11-12-2025, 21:56
11-12-2025, 18:30
11-12-2025, 17:15
11-12-2025, 16:52

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi ölkə əhalisinin Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dövrünə münasibətini araşdırıb.
1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.
Novator.az saytının məlumatına görə, yaşı 18-dən yuxarı 1600 respondent arasında aparılan sorğu göstərib ki, rusiyalıların 21%-i SSRİ dönəmini xoşbəxt gələcək, sabitlik, əmin-amanlıq, gələcəyə inam dövrü kimi dəyərləndirir.
Sorğuya əsasən, rusiyalıların 13%-i üçün Sovet İttifaqı müsbət emosiyalar, nostalji hisslər və xoş xatirələrlə, 11%-i üçün uşaqlıq, gənclik və ya valideynlərinin cavanlıq illəri kimi yadda qalıb.
Respondentlərin 10%-i SSRİ dövrünü çoxmillətli və xalqlar arasında qardaşlıq münasibətlərinin hökm sürdüyü dönəm kimi təsvir edir.
Rusiyalıların 8%-i hesab edir ki, Sovet İttifaqındakı idarəçilik hazırkı hakimiyyət sisteminə bənzəmir. Bir o qədər sorğu iştirakçısı SSRİ dövründə pulsuz və güclü təhsil verildiyini, habelə əhalinin daha yaxşı və xoşbəxt yaşadığını düşünür.
Respondentlərin 4%-i hesab edir ki, Sovet İttifaqı dövründə kəskin təbəqələşmə – varlı-yoxsul bölgüsü olmayıb, insanlar bərabər səviyyədə yaşayıb.
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin sosioloqları bildirir ki, respondentlərin 11%-i SSRİ abreviaturasını xatırlamayıb, 8%-i isə qısaltmanı düzgün aça bilməyib.
Sorğuya cəlb olunanların 27%-i Sovet İttifaqının tərkibində olmuş bir respublikanın belə adını çəkə bilməyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video




























