Xəbər lenti

Ermənistanın Dövlət Gəlirlər Komitəsinin sədri Rüstəm Badasyan dekabrın 8-də Meğri gömrük məntəqəsinin bölməsində İranın Gömrük Xidmətinin rəhbəri Mehdi Mirşərəfi ilə görüşüb.

“Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirlər Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər iki ölkə arasında xidmətin yaxşılaşdırılması məsələlərini müzakirə ediblər. Onlar qaçaqmalçılığa qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə mümkün informasiya mübadiləsindən də danışıblar.



Ana səhifəyə qayıt        Baxış: 3 052          Tarix: 8-12-2021, 18:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma