Xəbər lenti

"Türkiyə və Türk Dövlətləri Təşkilatı olaraq Qazaxıstanda tezliklə sabitliyin, dincliyin, sülhün bərqərar olması üçün hər cür dəstəyi verəcəyik. Türk dünyasının dərdi bizim dərdimizdir. Bütün dünya bunu Qarabağ zəfərində gördü”.

“Report” xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, qeyd edib ki, Türkiyənin xarici siyasətdə özünəməxsus yeri var. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəsmiləri Qazaxıstanla bağlı danışıqlar aparıb. Yanvarın 10-da xarici işlər nazirlərinin toplantısı keçiriləcək.

“Türk dünyasının gələcəyi bizim qayğımızdır. Qazaxıstanda baş verən hadisələrdən çox narahatıq, baş verənləri diqqətlə izləyirik. Prezident (Rəcəb Tayyib Ərdoğan-red) Türk Dövlətləri Təşkilatının hazırkı sədri kimi üzv dövlətlərin başçıları ilə, ilk növbədə Qazaxıstan Prezidenti (Kasım-Jomart Tokayev-red) ilə danışıqlar aparıb. Mən təşkilata müşahidəçi ölkə olan Macarıstan da daxil olmaqla, üzv ölkələrin xarici işlər nazirləri ilə də danışdım”, - Çavuşoğlu bildirib.



Ana səhifəyə qayıt        Baxış: 3 585          Tarix: 9-01-2022, 16:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma