Xəbər lenti
Bu gün, 13:49
Bu gün, 13:00
Dünən, 22:30
Dünən, 20:55
Dünən, 18:48
Dünən, 17:30
Dünən, 16:34
Dünən, 14:53
Dünən, 13:19
Dünən, 10:38
22-01-2025, 23:24
22-01-2025, 21:00
22-01-2025, 19:21
22-01-2025, 18:52
Qazaxıstan prezidenti Qasım Cömərd Tokayev yanvarın 13-dən etibarən KTMT qoşunlarının ölkədən çıxacağını və bu prosesin 10 günə tamamlanacağını bildirib.
Ovqat.com-un məlumatına görə, Tokayev “sülhməramlı” kontingentin bu təcili çıxışının səbəbini Qazaxıstanda vəziyyətin stabilləşməsi ilə əlaqələndirib.
ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metti Brayza isə Tokayev qədər nikbin deyil və Qazaxıstanda baş verənlərin çanağının ölkə başçısının başında çatlayacağına inanır. “Prezident Tokayev ilk raundda qalib gəldi və sələfi Nazarbayevi ömürlük Milli Təhlükəsizlik Şurasının sədri vəzifəsindən uzaqlaşdırdi. Hazırda Tokayev sələfi Nazarbayevin qurduğu köhnə sistemin üzərində oturmuş vəziyyətdədir. Bəs, digər yüksək səviyyəli liderlər, xüsusilə də silahlı qüvvələrə və təhlükəsizlik xidmətlərinə nəzarət edən generallar hansı tərəfə sadiqdirlər? Bu sual hələ də açıq qalır”.
Metti Brayzanın fikrincə, Tokayevin taleyini də məhz həmin sualın cavabı müəyyənləşdirəcək.
ABŞ diplomatı “VOA Türkçə”yə açıqlamasında bildirib ki, Qazaxıstanda çox tez-tez dəyişilən situasiya yaranıb: “Amma əmin ola bilərik ki, Nazarbayevlər ailəsinin sərəncamında milyardlarla dollar var. Nazarbayevlərin bu qədər asanlıqla hakimiyyətdən əl çəkəcəyini düşünmürəm. Onlar geri qayıdacaqlar, mübarizə bir müddət davam edəcək və hadisələrin tamamilə durulması çox zaman aparacaq”.
Bəs Qazaxıstanda baş verən hadisələr gələcəkdə Vladimir Putinin Ukrayna və digər Orta Asiya ölkələrində daha da kəskin addımlar atmağa sövq edə bilərmi?
Mett Brayza Putin administrasiyasının Qazaxıstandakı “uğur”dan şövqə gəldiyinə də şübhəli yanaşır: “İstər inanın, istər inanmayın, mən hesab edirəm ki, Qazaxıstanda baş verənlər əslində Putinin müdafiəyə çəkildiyi anlamına gəlir. Heç kim bütün ölkə boyu bu cür etiraz aksiyaları gözləmirdi. Oxuduğum və eşitdiyim bütün şahidlərin ifadələrinə görə, ötən həftədə baş verən hadisələr bir çox yerlərdə birdən-birə inkişaf etdi; başa düşülən şikayətlərini dilə gətirən və qanuni şəkildə etiraz edən səmimi insanlara daha sonra yaramaz elementlərin qarışması, zorakılığa əl atılması, dövlət binalarına və qurumlarına hücum edərək vəziyyəti indiki səviyyəyə qaldırılmasından söhbət gedir. Düşünürəm ki, belə oldu və məncə, Tokayev də buna görə panikaya düşdü. Bu səbəbdən Nazarbayevi Milli Təhlükəsizlik Şurasının sədrliyindən uzaqlaşdırdı. Bu işə yaramadı. Etirazlara zorakılıq halları daha çox qarışdı. Sonradan, belə başa düşürəm ki, Tokayev macəraya əl atdı, Rusiyaya və KTMT-yə zəng etməli oldu. Bu zəng Putini aylardır, hətta illərdir hazırladığı ABŞ və onun Avropalı müttəfiqləri ilə Ukrayna üzrə yüksək səviyyəli diplomatiyadan yayındırdı”.
Bu etirazların hansısa terror təşkilatı tərəfindən planlaşdırıldığı və təşkil olunduğu barədə deyilənlərin gülünc olduğunu bildirən diplomat deyib: “Belə bir təşkilat varsa, haradadır? Bir dəlil göstərin. Bu hadisələr Qazaxıstan vətəndaşlarının özlərinə qarşı haqsızlıq edildiyindən, iqtisadi ehtiyaclarının ödənilməməsindən şikayətlənən reaksiyalarından ibarət idi. Onlar əziyyət çəkərkən ölkədəki bəzi yaxşı əlaqələri olan adamlar sərvətlərinə sərvət qatırdılar. Ölkə rəhbəri panikaya düşdü, hakimiyyəti ələ keçirmək üçün addım atdı, alınmadı. Ona görə də bir diskurs uydurmaq lazım idi və tamamilə yalan arqumentlərlə özünə bəraət qazandırmağa çalışdı”.
Bəs Rusiyanın bundan sonrakı planları nədən ibarət ola bilər?
Brayzanın fikrincə, Putinin Qazaxıstana müdaxiləsinin əsas məqsədi, xaricdən çox, Rusiyadakı rəqiblərinə verdiyi mesajdır. O, rəqibləri “qeyri-sabitliyi” fürsət kimi görərək yeni etiraz dalğası başlatmağı düşünməsinlər deyə bu cür sərt siqnallar verir.
“Düşünürəm ki, bundan sonra Putinin Qazaxıstanda geri addım atdığı təəssüratı yaratmamağa çalışdığını görəcəyik. Ona görə də düşünürəm ki, o, Qazaxıstan xalqına qarşı əsl atışma hadisəsinə qarşmamaq üçün dua edə-edə rus əsgərlərini bir müddət orada saxlayacaq. Çünki bu baş verərsə, vəziyyət nəzarətdən çıxar. Ukraynada olduğu kimi, Rusiya Qazaxıstan xalqını da dostdan düşmənə çevirməkdədir. Rusiya əsgərləri hazırda Almatıdakı televiziya stansiyası, bəzi hərbi və polis obyektlərini, enerji infrastrukturları kimi strateji məntəqələri qoruyur. Beləliklə, onlar qarışıqlıqdan uzaqdırlar. Düşünürəm ki, vəziyyət bir müddət stabil qalacaq, amma bayaq dediyim kimi, Nazarbayev qrupunun əks-hücumunun olacağını gözləyirəm. Bu necə baş verəcək, bilmirəm. Amma küçə etirazları şəklində olacağına əmin deyiləm. Nəhəng maliyyə aktivlərindən və Nazarbayevin qurduğu siyasi və hökumət sistemində hələ də sahib olduqları dəstəyi istifadə edərək Tokayevin həyatını xeyli çətinləşdirməyə çalışacaqlar”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər