Xəbər lenti


Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ali Avrasiya İqtisadi Şurasının onlayn sammitində gülünc vəziyyətə düşüb.
Nikol Paşinyanın çıxışında səhvə yol verdiyi anlar sosial şəbəkələrdə yayılıb.

Belə ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış üçün sözü Ermənistan liderinə verib: “Buyurun Nikol Vovayeviç”. Nikol Paşinyanın cavabı isə sammitə qatılan hər kəs kimi Tokayevi də təəccübləndirib:

“Çox sağ olun, Kasım-Jomart Tokayeviç”.

N.Paşinyanın Qazaxıstan liderinin soyadında etdiyi bu səhv isə sammit iştirakçılarının diqqətindən yayınmayıb. Qazaxıstan lideri Nikol Paşinyanın bu səhvinə yalnız “gülüş”lə reaksiya göstərib:


Ən maraqlısı hadisə isə Nikol Paşinyanın çıxışının sonunda baş verib. Bu dəfə Tokayev erməni liderə təşəkkür edib: “Çox sağ olun Nikolay Vovayeviç”. Çıxışın əvvəlində erməni lideri təqdim edərkən səhvə yol verməyən Tokayev bu dəfə Nikol Paşinyana “Nikolay” deməsi ilə diqqət mərkəzinə düşüb və bir növ etdiyi səhvə görə Paşinyanın cavabını verib.

 
/oxu.az/


Ana səhifəyə qayıt        Baxış: 4 425          Tarix: 21-05-2021, 18:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma