Xəbər lenti

ABŞ və Fransa prezidentləri Cozef Baydenlə Emmanuel Makron arasında telefon danışığı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Telefon danışığı Fransa liderinin bu həftə Rusiya və Ukraynaya səfərindən sonra baş tutub.

Psaki qeyd edib ki, ABŞ Prezidenti bu həftə digər avropalı həmkarları ilə də əlaqə yaradacaq.

Ağ Evin mətbuat katibi bundan əvvəl vurğulayıb ki, ABŞ və Fransa müxtəlif səviyyələrdə əlaqələr saxlayır. Bayden və Makron daha əvvəl də telefon danışığı aparıb. Liderlər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.



Ana səhifəyə qayıt        Baxış: 3 409          Tarix: 9-02-2022, 23:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma