Xəbər lenti

Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən dərhal sonra Avropa Şurası (AŞ) 25 Fevralda Rusiyanın Nizanmanə orqanlarındakı fəaliyyətini dondurdu. 15 mart tarixində Rusiya XİN-i təktərəfli bəyanatını AŞ nümayəndəsinə verərək AŞ-nın tərəfli mövqe tutduğunu iddia edərək Avropa Şurasını tərk etdi. Bir gün sonra martın 16-da AŞ toplanıb bu bəyanatı qəbul etdi və Rusiyanın üzvlüyünə son verildiyini açıqladı. 

Bəs Rusiyanın AŞ-dan kənarda qalması kimə nə verəcək? Kim qazanacaq, kim itirəcək?

Hüquqşünas, Avropa Şurasının eksperti Əələsgər Məmmədli bildirir ki, 1996-cı ildən AŞ-na üzv olan bu ölkə Avropa Konvensiyasını ən çox pozanlar sırasında ilk yerlərdə durudu. 
"Rusiyadan Avropa İnsan hüquqları Məhkəməsinə verilən şikayətlərin sayı hər 10 min nəfərə nisbətdə 0,66 idi ki, bu da 47 ölkə içərisində 3-cü nəticə idi", - o əlavə edib.

Ekspert xatırladır ki, Avropa İnsan Haqları Məhkəməsininin (AİHM) qərarlarını icra etməmək siyahısının başlarında duran Rusiyadır: "Buna baxmayaraq, xeyli rus vətəndaş vardı ki, yekun nicat yeri kimi AİHM-i görürdü. Bu təbəqə onsuz da Rusiya hökumətinin qərarları, yanlışları ilə mübarizə aparıb, nəticə əldə etmədiyinə görə AİHM-ə üz tuturdu. İndi ən çox məhz daxili mühitdə ədalət tapa bilməyib, Avropada ədalət axtaranlar zərər görəcək".

Ə.Məmmədli hesab edir ki, Rusiyanın hüquq və azadlıqları pozan hökuməti isə bir platformada tənqid və tətbiqdən canını qurtarmış. olur.:"Artıq istədiyi kimi hüquqsuz hərəkət etdikdə, vətəndaşların elementar hüquqlarını yox saydıqda vətəndaşlarının sığınacaq limanı olmayacaq. Yəni, Rusiyanın AŞ-dan çıxması və AİHM-nin yurdiksiyanısdan uzaqlaşmasının zərbəsi ən çox azadlıq tələb edən, hüququn üstünlüyünə inanıb, ədalət axtaran sadə rus vətəndaşlarına dəydi".

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 5 140          Tarix: 17-03-2022, 17:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma