Xəbər lenti
Bu gün, 09:08
Dünən, 23:00
Dünən, 17:52
Dünən, 15:34
Dünən, 14:44
Dünən, 13:25
Dünən, 09:18
29-01-2025, 23:30
29-01-2025, 22:35
"Son 30 ildə ABŞ-ın primitiv oyununun məqsədi Rusiyanı düşmən kimi göstərmək idi, daha sonra növbə Çinə gələcək, bu isə ağır böhrana və nüvə partlayışına səbəb olacaq".
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz Telegram kanalında yazıb:
"Son otuz il ərzində Rusiya ABŞ-ın primitiv oyununun hədəfi olub. Bunun bir izahı var-o düşməndir. Daha prinsipial ideoloji ziddiyyətlər olmasa belə, SSRİ-nin başqa hansı varisləri var? Bu o deməkdir ki, Rusiya alçaldılmalı, məhdudlaşdırılmalı, sarsılmalı, parçalanmalı və məhv edilməlidir. Yaxın gələcəkdə Avropada və bütövlükdə dünyada bunun reaksiyası necə olacaq? Vacib deyil. Heç kim bu barədə heç vaxt düşünməyib" - deyə o qeyd edib.
Medvedevin fikrincə, ABŞ-ın növbəti məqsədi Çinin tamamilə zəiflədilməsi olacaq: "Bundan sonra ciddi qlobal böhrana, enerji və ərzaq tənəzzülünə, bütün kollektiv təhlükəsizlik sistemlərinin sıradan çıxmasına və böyük nüvə partlayışına qədər cəmi bir neçə addım qalıb. Cənablar, belə perspektivi necə bəyənirsiniz? Əla plandır bravo, Dövlət Departamentinin və Kapitolinin strateqləri! Bravo, K Street-in analitikləri! Bravo, Senatın yaşlı üzvləri, bravo cənab Prezident! Siz artıq öz həyatınızı yaşadınız, qorxmaq olmaz, çünki 80 yaşında heç nə xüsusilə qorxulu deyil”.
Qeyd edək ki, Putinin "uşağı" olan Medvedevin bu açıqlaması Rusiyanın Ukraynada nə qədər carəsiz duruma düşdüyünü aydın gpstərir. Artıq proseslərin Rusiyanın parçalanmasına doğru getdiyini etiraf edən Medvedev yenə nüvə silahı ilə hədə-qorxu gəlməıyə çalışır. Ancaq özü də bilir ki, bu cür boş hədələrlə Rusiyanı dağılmaqdan xilas etmək mümkün deyil.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər