Xəbər lenti

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter hesabında bildirib.

“Ev sahibliyi edə bildiyimiz üçün şadam. Hikmət Hacıyev və Armen Qriqoryan Brüsseldə bu formatda ikinci görüş keçirəcək”, - Toivo Klaar qeyd edib.

Tərəflərin Ermənistanla Azərbaycan arasında münasibətlər, eləcə də ölkə liderlərinin Brüsseldə görüşünün mümkünlüyünü müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, Azərbaycan və Ermənistanın yüksək vəzifəli rəsmilərinin əvvəlki görüşü martın 30-da Brüsseldə keçirilib. Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar iştirak ediblər.

Happy to have been able to host @HikmetHajiyev and Armen Grigoryan in Brussels for a second meeting in this format. pic.twitter.com/2blnIab9Dd

— Toivo Klaar (@ToivoKlaar) May 2, 2022



Ana səhifəyə qayıt        Baxış: 3 548          Tarix: 2-05-2022, 19:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma