Xəbər lenti

 

Rusiyanın Hərbi Kosmik Hava Qüvvələrinə aid peyklər və Qara dəniz donanmasına məxsus döyüş gəmiləri ABŞ-la Ukraynanın bu dənizdə keçirilən “See Breeze – 2017” hərbi təlimlərini yaxından izləyir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin adı açıqlanamayan nümayəndəsi bildirilib.

“Təlimlərin keçirildiyi ərazinin yaxınlığında Priazovye gözətçi gəmisi yerləşir. Gəmi manevr qaydalarına əməl edir və icazə verilən məsafəni qoruyur. Gəmidəki texnologiylar vasitəsilə iştirakçıların hərəkətini izləmək mümkündür”, - deyə bildirilib.

Qeyd edək ki, sözügedən təlimlərdə ABŞ-la Ukraynadan əlavə, Gürcüstan, İtaliya, Kanada, Rumıniya, Türkiyə, Fransa, İsveç, Polşa, Yunanıstan, İngiltərə, Bolqarıstan və Litva da iştirak edir.




Ana səhifəyə qayıt        Baxış: 684          Tarix: 12-07-2017, 00:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma