Xəbər lenti
Bu gün, 15:30
Bu gün, 14:18
Bu gün, 13:53
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
“Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynaya qarşı müharibədə birbaşa iştirakdan qaçmağa çalışır”.
“AzPolitika.info” xəbər verir ki, xarici KİV-lərdə Böyük Britaniya kəşfiyyatının gündəlik hesabatlarına istinadla yayılan məlumatda Lukaşenkonun savaşdan yayınmaq istəyinin bir neçə səbəblə bağlı olduğu qeyd edilir: “Belarus Prezidenti Lukaşenko Rusiya müdaxiləsinə dəstəklə, savaşda birbaşa iştirakdan yayınmağı balanslaşdırmağa çalışir. Bu, Qərb sanksiyaları, ukraynalıların qisası və Belarus ordusunun mümkün narazılığı risklərilə bağlıdır”.
Hesabatda deyilir ki, daha öncə irəli sürülən ehtimalların əksinə olaraq, Belarus ordusu indiyə kimi Ukraynaya qarşı savaşda iştirak etməyib. Həmçinin, may ayında Ukrayna sərhədlərinə yaxın bölgədə hərbi təlimlər keçirməsinə baxmayaraq, Belarus ordusunun bundan sonra da qonşu dövlətə qarşı istifadəsi gözlənilmir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar