Xəbər lenti

Ukrayna XİN başçısı Dmitri Kuleba bu gün, fevralın 28-də xarici jurnalistlər üçün keçirilən brifinqdə təsdiqləyib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko istənilən an Belarus ordusunun Ukrayna ərazisinə girmək əmrini verə bilər.

«Mən, qeyd etmək istəyirəm ki, lap əvvəldən Belarusu da təcavüzdə istifadə ediblər. İndiki anda Ukraynanı təkcə Rusiya yox, həm də Belarus tərəfdən atəşə tuturlar və Aleksandr Lukaşenko istənilən an Belarus ordusunun Ukrayna ərazisinə yeridilməsi barədə əmr verə bilər» - o, bəyan edib.

Kuleba qeyd edib ki, əgər Minsk Moskvaya hərbi dəstək verməsini dayandırmasa, onu da Rusiyanın aqibəti gözləyir.

AzPolitika.info



Ana səhifəyə qayıt        Baxış: 3 402          Tarix: 28-02-2022, 14:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma