Xəbər lenti

Dünən axşam Rusiyanın dövlət televiziyalarından birində yayımlanan proqramda Moskvanın İsveç və Finlandiya sərhədinə yerləşdirəcəyi taktiki nüvə silahlarının mümkün koordinatlarının xəritəsi paylaşılıb.

“AzPolitika.info” xarici KİV-lərə istinadla xəbər verir ki, “Rossiya 1” kanalında yayımlanan proqramda bildirilib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olacağı təqdirdə, Rusiya qərb sərhədlərinin müxtəlif nöqtələrində taktiki nüvə silahı yerləşdirəcək.

Məlumatda qeyd olunur ki, İsveç və Finlandiyada NATO bazaları yaradılarsa, Rusiyanın taktiki nüvə silahından istifadə etməkdən başqa yolu qalmayacaq.

Xatırladaq ki, Rusiyanın keçmiş liderlərindən olan Dmitri Medvedev də ötən həftələrdə oxşar bəyanatla çıxış edib. O, bildirib ki, NATO-nun sərhədləri genişlənərsə, Rusiya nüvə silahı və hipersəs raketlərindən istifadə edə bilər.



Ana səhifəyə qayıt        Baxış: 3 548          Tarix: 16-05-2022, 17:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma