Xəbər lenti
Dünən, 18:43
Dünən, 15:34
Dünən, 13:51
Dünən, 09:28
25-12-2024, 23:20
25-12-2024, 22:04
25-12-2024, 21:25
25-12-2024, 20:47
25-12-2024, 19:39
25-12-2024, 19:05
Gürcüstanda hakimiyyətdə olan “Gürcü arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze Avropa Birliyinin Gürcüstana deyil, Ukrayna və Moldovaya AB-yə namizəd statusu verməsini ədalətsizlik hesab edəcəklərini söyləyib.
Musavat.com Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə İ.Kobaxidze yerli jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
İrakli Kobaxidze Avropa Parlamentinin cümə axşamı Gürcüstanla bağlı qəbul etdiyi qətnaməni Qafqaz ölkəsinin üzvlüyünə namizəd statusunun verilməsindən imtinaya işarə kimi qəbul etdiklərini söyləyib.
“Əgər bu baş verərsə, təbii ki, tamamilə məntiqsiz və ədalətsiz qərar olacaq, Gürcüstanda sülh, qanunun aliliyi və iqtisadiyyatın tərəqqisində maraqlı olan bütün insanlar buna mənfi reaksiya göstərəcək”,-deyə İrakli Kobaxidze bildirib.
İ.Kobaxidze ölkə müxalifətinin fürsətdən istifadə edib etiraz aksiyaları təşkil etmək və “çevriliş” həyata keçirmək və nəticədə “Gürcüstanı müharibəyə sürükləmək” üçün statusun verilməməsini istədiyini iddia edib.
Qeyd etmək lazımdır ki, Avropa Parlamentinin sözügedən qətnaməsi əslində “Gürcüstanda mətbuat azadlıq və jurnalistlərin təhlükəsizliyi” adlanır. Burada AB Gürcüstanın müxalifyönlü “Mtavari” telekanalının baş direktoru Nika Qvaramiyanın həbsdən azad olunmasını, habelə keçmiş prezident Mixail Saakaşvilinin müalicə alması üçün xaricə göndərilməsinə şərait yaradılmasını tələb edir.
Qətnamədə həmçinin keçmiş baş nazir Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq olunması ilə bağlı müddəa yer alıb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar