Xəbər lenti
Bu gün, 18:48
Bu gün, 17:30
Bu gün, 16:00
Bu gün, 10:33
Bu gün, 09:27
Dünən, 19:12
Dünən, 17:22
Dünən, 16:18
Dünən, 14:51
Dünən, 14:00
Dünən, 10:39
“Gürcütanda özəl şirkətlərin Rusiya vətəndaşlarına xidmətdə imtina etmələri və onlara qarşı diskriminativ ifadələrə yol verilməsi ilə bağlı hallar qeydə alınıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
O bildirib ki, bu cür yanaşmanın daha da genişlənməsi və Rusiya vətəndaşlarına qarşı fiziki zorakılığa çevrilməsi ilə bağlı ciddi təhlükə var:
“Hüquq-mühafizə orqanlarını istənilən fiziki qarşıdurma və millətlərarası ədavət cəhdlərinin qarşısının alınması üçün bütün tədbirləri görməyə çağırırıq. Bu cür əməllərə yol verənlərin hamısı qanunun bütün ciddiliyi ilə cəzalandırılmalıdır”.
İ.Kobaxidze qeyd edib ki, bu gün Gürcüstan Rusiya vətəndaşlarına qarşı geniş miqyaslı etnik diskriminasiya kampaniyasının başladığı yeganə ölkədir:
“İnsanlara qarşı milli zəmində ayrı-seçklik sivil dünya üçün görünməmiş bir hadisədir. Bu cür yanaşma ilə biz Avropa İttifaqına üzv ola bilmərik”.
Sədr həmçinin bildirib ki, Gürcüstan parlamenti artıq etnik zəmində ayrı-seçkiliyə və etnik ədavətin qızışdırılmasına qarşı qanun layihəsinin sərtləşdirilməsi üzərində iş aparır.
O, Gürcüstanda rus millətindən olanlara qarşı diskriminasiya kampaniyasının başlamasına görə müxalif Vahid Milli Hərəkat Partiyasını ittiham edib:
“Bu, onlar üçün Gürcüstanı hərbi münaqişəyə cəlb etmək üçün sonuncu şansdır. Buna da hökumət imkan verməyəcək”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar