
Xəbər lenti
Bu gün, 15:30
Bu gün, 11:21
Bu gün, 11:00
Bu gün, 09:48
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 11:30
23-09-2025, 22:19
23-09-2025, 21:25

Ukraynanın Rusiyanın hücumuna qarşı tab gətirə bilmək üçün NATO ölkələrindən daha çox ağır silahlar almalıdır.
APA xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq Alyansın 7 ölkəsi ilə keçirilən iclasdan sonra deyib.
"Ukrayna daha çox ağır silahlar almalıdır. NATO müttəfiqləri və tərəfdaşları bu cür silahlar veriblər və bu səyləri gücləndirirlər. İyunun 15-də NATO-nun mənzil-qərargahında Ukraynaya dəstək üzrə təmas qrupu çərçivəsində görüş keçiriləcək. Bu qrup NATO müttəfiqlərinin və tərəfdaşlarının Ukraynaya müxtəlif növ silah və hərbi texnika, o cümlədən ağır silahlarla təmin edilməsində səylərini koordinasiya etmək üçün mütəmadi olaraq toplaşır”, - deyə Stoltenberq bildirib.
O xatırladıb ki, NATO müttəfiqləri uzun illərdir Ukraynaya dəstək verir. Baş katib müharibənin necə bitəcəyi haqqında proqnoz verməyin çətin olacağını deyib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar