Xəbər lenti

“Nasist Almaniyası şəhərin təxminən 700 min sakinini öldürən “Leninqrad blokadası”nı həyata keçirmişdi”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Almaniya XİN rəhbəri Annalena Berbokun son bəyanatına cavab olaraq deyib.

Berbok Rusiyanın aclıqdan silah kimi istifadə etdiyini və bütün dünyanı girov götürdüyünü bildirib. Onun fikrincə, Rusiya ərzaq qiymətlərinin kəskin bahalaşmasının günahını başqalarının üzərinə atmağa çalışır və eyni zamanda Qara dənizdə limanları bağlayır.

“Əlbəttə ki, ölkəsi Leninqradı 900 gün blokadada saxlayan məmurlardan bunu eşitmək təəccüblüdür”, – Medvedev qeyd edib.



Ana səhifəyə qayıt        Baxış: 4 007          Tarix: 24-06-2022, 16:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma