Xəbər lenti

“Rusiyanın müdafiə naziri Sergey Şoyqu cəbhədəki uğursuzluqlara baxmayaraq, hələ də vəzifəsində qalır. Lakin Ukraynaya qarşı müharibədə iştirak edən general və zabitlərin 40%-i Rusiya Federasiyasında hərbi xidmətdən uzaqlaşdırılıb”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş qərargahının Baş əməliyyat idarəsinin rəis müavini Aleksey Qromov məlumat yayıb.

Onun bildirdiyinə əsasən Ukraynada strateji planların baş tutmaması səbəbindən Rusiyada yüksək rütbəli zabitlərə qarşı repressiyalar davam edir. Qromovun sözlərinə görə, Şoyqu ölkənin hərbi-siyasi rəhbərliyinin daha da nüfuzdan düşməməsi üçün vəzifəsində saxlanılıb.

"Məlumatlara görə, Rusiyanın müdafiə naziri Şoyqu və Baş qərargah rəisi Gerasimov sırf ali hərbi-siyasi rəhbərliyin nüfuzdan tam nüfuzdan düşməməsi üçün öz vəzifələrində qalırlar. Lakin "Xüsusi əməliyyat”ın planlaşdırılmasında iştirak edən general və zabitlərin təxminən 30-40%-i başqa aqibətlə üzləşiblər”,-deyə Qoromov qeyd  edib.




Ana səhifəyə qayıt        Baxış: 3 018          Tarix: 11-08-2022, 18:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma