Xəbər lenti

ABŞ-ın hakim Demokrat partiyasının Nümayəndələr Palatasındakı aparıcı üzvlərindən biri prezident Co Baydenin 2024-cü ildə təkrar seçkilərdə iştirak etməyəcəyini söyləyib.

Musavat.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.

Qəzetin informasiyasına əsasən, belə bir iddia konqresmen Kerolin Meloni tərəfindən irəli sürülüb. “Bayden yenidən seçilmək istəyəcəkmi” sualına o, “Qeyri-rəsmi olaraq, o, artıq namizədliyini irəli sürmür”,- deyə cavab verib.

Qeyd edək ki, bu ayın əvvəlində də Maloney Baydenin 2024-cü ildə yenidən namizəd olacağını düşünmədiyini söyləmişdi. Lakin daha sonra o, söylədiklərindən geri çəkilmişdi.

Hətta Meloni bir müddət sonra Twitter hesabında qeyd etmişdi: "Prezident Bayden ikinci müddətə namizəd olmaq qərarına gələrsə, onu tam dəstəkləyəcəm. Səhiyyəyə, iqlimə və iqtisadi ədalətə tarixi islahatlar gətirən Baydenin rəhbərliyi hazırda ehtiyac duyduğumuz güclü və effektiv lider istəyimizi təmin edir".




Ana səhifəyə qayıt        Baxış: 3 380          Tarix: 14-08-2022, 18:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma