Xəbər lenti

“İrəvan Bakının sülh müqaviləsi ilə bağlı yeni təkliflərini nəzərdən keçirir”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə deputatların suallarını cavablandırarkən deyib.

Mirzoyan deputat Lilit Kirakosyanın Azərbaycan tərəfinin əvvəlcədən səslənmiş beş prinsipə əsaslan sülh müqaviləsinin elementlərini Ermənistana təqdim etdiyi barədə sualını cavablandırarkən belə bir sənədin həqiqətən də İrəvana verildiyini təsdiqləyib.

O bildirib ki, martda Azərbaycanın təqdim etdiyi beş məlum prinsip dərc olunub və bundan həm Ermənistan, həm də dünya ictimaiyyəti məlumatlıdır.

Nazir bəyan edib ki, bu prinsiplərdə erməni tərəfi üçün qəbuledilməz heç nə yoxdur.

Qeyd edək ki, Azərbaycan münasibətlərin normallaşması üçün Ermənistana aşağıdakı prinsipləri təklif edib:

- suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərin toxunulmazlığının və bir-birinin siyasi müstəqilliyinin qarşılıqlı tanınması;

- dövlətlərin bir-birinə qarşı ərazi iddialarının olmamasının və gələcəkdə belə iddialarla çıxış etməmək üçün hüquqi öhdəliyin qarşılıqlı təsdiqi;

- dövlətlərarası münasibətlərdə bir-birinin təhlükəsizliyini təhdid etməkdən, siyasi müstəqilliyə və ərazi bütövlüyünə qarşı təhdid və güc tətbiq etməkdən, habelə BMT Nizamnaməsinin məqsədləri ilə bir araya sığmayan digər hallardan çəkinmək;

- dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- nəqliyyat və kommunikasiyaların açılması, digər müvafiq kommunikasiyaların yaradılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq.

Mənbə: Novosti Armeniya




Ana səhifəyə qayıt        Baxış: 4 989          Tarix: 5-10-2022, 18:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma