Xəbər lenti

Ukraynanın müharibədən sonrakı bərpası üçün 1 trilyon dollardan çox vəsait tələb olunur, ona görə də müəyyən şəhər və rayonları himayə altına ala biləcək prosesə tərəfdaş ölkələr də cəlb olunacaq.

Qaynarinfo xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasına Odessanın Ekspo 2030-a ev sahibliyinə namizədliyini təqdim edən videomüraciətində bildirib.
"Artıq biz onlarla tərəfdaş ölkəni Ukraynanın bərpasına cəlb edirik. Ümumi işlərin həcmi bir trilyon dollardan çoxdur", deyə Prezident bildirib.

Zelenski əlavə edib ki, himayə sistemi sayəsində ölkələr və şirkətlər konkret bölgələri, şəhərləri, əraziləri və ya müəssisələri bərpa etməyə başlaya bilərlər. Fransa, Böyük Britaniya, Niderland, Almaniya, Danimarka, Finlandiya, Polşa, Portuqaliya, İtaliya, Türkiyə, Çexiya, Sloveniya, Latviya, Estoniya, İsveçrə, Slovakiya, Avstriya, Yunanıstan, Kanada, ABŞ, Yaponiya və Avstraliya belə işlərə maraq göstərib. 

Qaynar.info



Ana səhifəyə qayıt        Baxış: 5 176          Tarix: 30-11-2022, 14:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma