Xəbər lenti

“Üçüncü dünya müharibəsinin astanasındayıq”.

Musavat.com xəbər verir ki, bu barədə Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski “Polsat News” portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar başlayandan sonra dünya çox dəyişib: “Bu, bir dövrün sonu və digər, lakin müəmmalı bir dövrün başlanğıcıdır”.

“İndi bir tərəfdən Belarusu “əlində tutan” Rusiya, digər tərəfdən isə ABŞ prezidenti Co Baydenin rəhbərlik etdiyi birləşmiş Qərb var. Bundan başqa, Tayvana iddialı olan Çin də dirçəlib. Pekin həm də Rusiyanın zəifləməsini gözləyir. Çünki çinlilərə görə, zəif qonşu hər zaman onlar üçün yaxşı xəbərdir”, - keçmiş dövlət başçısı mövqeyini izah edib.

“Bir sözlə, dünya təhlükəli xaos dövründədir. Buraya Serbiya və Kosovo sərhədindəki vəziyyəti də əlavə etsək, “kritik kütlə”ni (nüvə partlayışı üçün istifadə olunan sözdür - red.) asanlıqla aşmaq olar. Üçüncü dünya müharibəsinin başlamasından danışmağımızın özü belə dəhşətlidir”, - deyə Aleksandr Kvasnevski bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 249          Tarix: 30-12-2022, 17:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma