Xəbər lenti

Sabitliyi qorumaq üçün Tayvanın müstəqilliyinə qəti şəkildə qarşı çıxmaq lazımdır.

Axar.az xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van Yi Münhendə ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşü zamanı deyib.

“Tayvan boğazında sabitliyi qorumaq üçün Tayvanın müstəqilliyinə qəti şəkildə qarşı çıxmaq və Vahid Çin prinsipinə səmimi əməl etmək lazımdır. Vaşinqton tarixi faktlara hörmətlə yanaşmalı, siyasi öhdəliklərini yerinə yetirməli və Tayvanın müstəqilliyini dəstəkləməməlidir”, - XİN başçısı bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 002          Tarix: 19-02-2023, 19:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma