Xəbər lenti

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Fənər Rum Patriarxlığında keçiriləcək dini mərasimdə iştirak etmək üçün bu gün İstanbula gəlin.

Musavat.com xəbər verir İstanbula səfərdən öncə "Konstantinopola səyahət edəcəyəm",- deyə paylaşım edən nazir qalmaqala səbəb olub.

İstanbul əvəzinə işlətdiyi ifadəsi sərt reaksiyaya səbəb olan Dendias qısa müddətdə daha bir paylaşım edib. Bu yazıda “İstanbul” ifadəsi yer alıb.

Yunanıstan Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, Nikos Dendias bu gün Fənər Rum Patriarxlığında keçiriləcək dini mərasimə qatılacaq. Dini mərasimdən sonra fevralın 6-da Yunanıstanda qatar qəzası və Türkiyədə baş verən zəlzələdə həyatını itirənlərin xatirəsi üçün anım mərasimi keçiriləcək, dualar oxunacaq.





Ana səhifəyə qayıt        Baxış: 2 837          Tarix: 5-03-2023, 19:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma