Xəbər lenti

Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İranın nüvə obyektlərində əlavə monitorinq və yoxlama tədbirlərinə keçməsi ilə razılaşır.

Bu barədə agentliyin Baş direktoru Rafael Qrossi deyib.

“Şənbə günü Tehranda (İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd) Eslami ilə apardığım müzakirələrdən sonra mən İranın BAEA-nın öz missiyasını yerinə yetirməsi üçün agentliyə əlavə monitorinq və yoxlama tədbirlərini davam etdirməyə icazə verdiyini qeyd edirəm”, - deyə Qrossi bildirib.

O, buna nail olmağın çox vacib olduğunu vurğulayıb və əlavə edib ki, bu, İranın Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində nüvə öhdəliklərini bərpa edəcəyi təqdirdə BAEA-ya lazım olan yeni əsasları yaratmağa başlamağa imkan verəcək.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 414          Tarix: 6-03-2023, 20:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma