Xəbər lenti

ABŞ hərbi təyyarələri beynəlxalq hava məkanında uçuşlarını davam etdirəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin rusiyalı həmkarı Sergey Şoyqu ilə danışıqlardan sonra deyib.

"Dəfələrlə qeyd etdiyim kimi, böyük dövlətlərin şəffaflıq və ünsiyyət modeli olması vacibdir. ABŞ beynəlxalq hüququn icazə verdiyi istənilən yerdə uçuşlarını davam etdirəcək", - Ostin bildirib.

O, Şoyqu ilə söhbətin təfərrüatlarını açıqlamaqdan imtina edib, ABŞ-ın Ukrayna ətrafında eskalasiya riskinə ciddi yanaşdığına diqqət çəkib.




Ana səhifəyə qayıt        Baxış: 2 369          Tarix: 15-03-2023, 23:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma