Xəbər lenti

“Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirmək barədə qərarı eskalasiya və Avropanın təhlükəsizliyinə təhdid deməkdir”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel tviterdə yazıb.

O bildirib ki, bu, Belarusun öz seçimidir: “Minsk bunun qarşısını ala bilər”.

J.Borel, həmçinin vurğulayıb ki, Aİ buna növbəti sanksiyalarla cavab verməyə hazırdır.

Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Rusiyanın Belarusda taktiki nüvə silahları yerləşdirəcəyini açıqlayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 999          Tarix: 26-03-2023, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma